Icma.az
close
up
RU
Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? TƏHLİL

Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? TƏHLİL

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Son günlər Azərbaycan informasiya məkanında Nikol Paşinyanın Ermənistan ordusundakı maaşlarla bağlı açıqlamaları ətrafında süni səs-küy yaradılıb. Sosial şəbəkələrdə belə bir təsəvvür formalaşdırılır ki, guya Paşinyan “erməni əsgərləri azərbaycanlı əsgərlərdən qat-qat çox maaş alır” deyib və bu, artıq bütün ordu üçün keçərlidir. Halbuki bu iddia fakt yox, klassik manipulyasiyadır.

Paşinyan gələcəkdən danışmayıb. O, mövcud iki mexanizmi izah edib. Amma bu mexanizmlər qəsdən ümumiləşdirilərək sanki bütün orduya aid edilmiş kimi təqdim olunur.

Paşinyanın dediyi birinci mexanizm könüllü sertifikasiya sistemidir. Bu sistem çərçivəsində müəyyən testlərdən və peşəkar qiymətləndirmədən keçən hərbi qulluqçuların maaşı artırılır. Paşinyanın sözlərinə görə, sertifikasiyadan keçmiş bəzi sıravi əsgərlər ayda 700 min dram alır ki, bu da təxminən 1850 dollar deməkdir. Zabitlər üçün isə bu məbləğ 1 milyon dramı, yəni təxminən 2650 dolları, 1,5 milyon dramı, yəni 3950 dolları, hətta 2 milyon dramı, yəni 5300 dolları keçə bilər.

Açar məsələ buradadır. Paşinyan “bütün əsgərlər belə maaş alır” demir. O, “sertifikasiyadan keçmiş bəzi hərbçilər” deyir. Bu, normativ maaş yox, stimullaşdırıcı mexanizmdir.

İkinci mexanizm “Defender of the Motherland” (Ana Vətənin müdafiəçisi) proqramıdır. Bu proqram çərçivəsində xüsusi öhdəlik götürən və müəyyən şərtlərlə xidmət edən 19 yaşlı hərbçilərə ayda 500 min ilə 600 min dram arasında maaş verilir. Bu da təxminən 1320–1590 dollar aralığıdır. Bu proqram da kütləvi çağırış sistemi deyil. Məhdud sayda iştirakçını əhatə edən müqavilə əsaslı modeldir.

Manipulyasiya məhz burada başlayır. Sertifikasiyadan keçən azlıq bütün ordu kimi təqdim olunur. Xüsusi proqram çərçivəsində xidmət edənlər adi çağırışçı əsgərlərlə eyniləşdirilir. Mexanizm reallığı ümumi mənzərə kimi satılır.
Azərbaycan oxucusu üçün bunu daha anlaşılan etmək çətin deyil. Azərbaycanda sertifikasiyadan keçən müəllimlər adi müəllimlərdən xeyli yüksək maaş alırlar. Amma bu o demək deyil ki, ölkədə bütün müəllimlər eyni maaşı alır. Sertifikasiya əlavə bacarığı və məsuliyyəti olanlara üstünlük yaradır. Ermənistanda da eyni prinsip tətbiq olunur. Sadəcə müəllimlərə yox, hərbçilərə.

Doğru olan budur ki, Ermənistan ordusunda yüksək maaş alan hərbçilər var. Amma bu, sistemin hamıya şamil edilməsi demək deyil. Yalan olan isə budur ki, bu fakt ümumiləşdirilərək Ermənistan ordusunun bütövlükdə daha yüksək maaşlı olduğu iddia edilir.

Burada məqsəd iqtisadi və ya hərbi müqayisə aparmaq deyil. Məqsəd psixoloji təsirdir. İnsanlara “biz geri qalırıq” hissini aşılamaqdır. İnformasiya müharibəsində ən təsirli silah fakt yox, kontekstdən qoparılmış rəqəmdir.

Və məhz bu cür manipulyasiyalar cəmiyyəti çaşdırır. Tank yox, raket yox, məhz yanlış kontekst bu gün ən təhlükəli silaha çevrilib...

Elbəyi Həsənli. Sürix 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://mia.az
archiveBu xəbər 29 Yanvar 2026 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri