Icma.az
close
up
RU
USAID in süqutu: Amerikalıların vergiləri hesabına qlobal ideoloji manipulyasiya dövrünün sonu TƏHLİL

USAID in süqutu: Amerikalıların vergiləri hesabına qlobal ideoloji manipulyasiya dövrünün sonu TƏHLİL

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi - USAID-in 2025-ci il iyulun 1-də rəsmi şəkildə bağlanması nə texniki, nə də prosedur xarakterli qərar idi. Bu, ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiyanın apardığı genişmiqyaslı audit və strateji qiymətləndirmələrin nəticəsiydi.

Faktlarla dolu ifşa

Trampın Administrasiyası ciddi araşdırmalar nəticəsində bu qurumun proqramlarının yalnız 17 faizinin “Amerika dəyərləri” və ABŞ-ın xarici siyasət məqsədləri ilə uzlaşdığını müəyyənləşdirib edib və USAID proqramlarının 83 faizini ləğv edib. Daha sonra isə Tramp xarici yardımlar və informasiya siyasətinə ayrılan 9 milyard dolların ixtisarına dair qanun layihəsi imzalayıb. İxtisar olunmuş vəsaitin 7,9 milyard dollarının məhz USAID xətti ilə ayrılan vəsaitlər olduğu müəyyən olunub.

Beləliklə, ABŞ vergi ödəyicilərinin pullarının qeyri-effektiv layihələrə yönəldilməsinin qarşısı alındı və uzun illərdir davam edən ideoloji manipulyasiya vasitəsi olaraq istifadə olunan USAID-in fəaliyyəti sonlandırıldı.

Dövlət katibi Marko Rubio təşkilatın uzun illər ərzində 715 milyard dollardan çox vəsait xərclədiyini, lakin hədəflərinə çatmadığını açıq şəkildə bildirib. Onun sözlərinə görə, USAID-in xüsusi diqqət yetirdiyi Səhraaltı Afrika ölkələri belə ABŞ-ı BMT-də yalnız 29 faiz hallarda dəstəkləyiblər. Bu, ABŞ Administrasiyası üçün "qeyri-effektiv yardım dövrünün" rəsmi sonu demək idi.

“Humanitar" maskası altında gizli təsir və təxribat

USAID özünü humanitar və sosial sahələrdə fəaliyyət göstərən qurum kimi tanıtsa da, əslində, bu təşkilat illərlə bir sıra ölkələrdə siyasi müdaxilə, ictimai rəyə təsir, hakimiyyət çevrilişləri, daxili sabitliyin pozulması kimi fəaliyyətlərlə məşğul olub. Bu struktura tabe olan QHT və KİV vasitəsilə cəmiyyətlərə təsir rıçaqları formalaşdırılıb, “yardım” adı altında ideoloji yönləndirmə aparılıb. USAID-in Rusiya, Çin, Venesuela və Misir kimi ölkələrdə fəaliyyətinin ya qadağan edilməsi, ya da məhdudlaşdırılması da bu səbəbdəndir.

Hətta Livanda “Hizbullah” terror təşkilatına aid gizli silah anbarlarında USAID-a məxsus naməlum mənşəli qutular aşkarlanıb.

Qutuların üzərinə “ABŞ-dən olan vergi ödəyicilərindən “Hizbullah”a sevgi ilə” yazısı, eləcə də USAİD və UNİCEF-in loqoları olub. İsraildə yerləşən Milli Təhlükəsizlik Strategiyası İnstitutunun icraçı direktoru Aşer Fredman yerli mətbuata bildirib ki, gizli anbarda snayper tüfəngləri, tank əleyhinə raketlər və müxtəlif təyinatlı partlayıcı maddələr müsadirə olunub. “NGOMonitor” portalı isə USAID-in ayırdığı və əsasən amerikalı vergi ödəyicilərinin hesabına formalaşdırılan büdcə hesabına ödənilən maliyyə yardımlarının mütəmadi olaraq Livan, Yəmən və Qəzzadakı terrorçu qruplaşmalara yönləndirildiyi barədə faktlara malik olduğunu açıqlayıb.

USAID-in əsl mahiyyəti təkcə bu ölkələrlə məhdudlaşmır. Onun dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi və 10 mindən çox əməkdaşı olub. Lakin fəaliyyəti heç də, sadəcə, təhsil, səhiyyə və iqtisadiyyatla məhdudlaşmayıb. Əksinə, qanunsuz maliyyələşdirmələr, informasiya manipulyasiyası və rejim dəyişikliyi cəhdləri bu təşkilatın əsas "ixtisaslaşdığı" sahələrə çevrilib.

Azərbaycan USAID-in hədəfində

Azərbaycan da USAID-in bu ikiüzlü fəaliyyətindən öz payını almış ölkələrdəndir. 2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildəki Avropa Oyunları, eləcə də 44 günlük Vətən müharibəsi dövründə və Laçın yolundakı ekofəalların aksiyalarında ölkəmizə qarşı aparılan qərəzli kampaniyaların arxasında, əsasən, USAID dayanırdı. COP29 ərəfəsində beynəlxalq mediada Azərbaycana qarşı təşkil edilən qarayaxma kampaniyalarında da bu qurumun izləri aydın nəzərə çarpırdı.

Azərbaycan Prezidenti İlham 2024-cü ilin dekabr ayının 18-də verdiyi müsahibəsində USAID-i gözləyən aqibəti dəqiqliklə təxmin etmişdi.

“Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil.

...Zənnimcə, Tramp onu qadağan edə bilər.

...Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər”, - deyə dövlət başçısı qeyd etmişdi.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də "X" hesabında USAID-ın rəhbəri Samanta Pauerə qərəzli sözlərinə görə cavab vermişdi. O, “İnsan haqları” təlimləri professoru kimi tanınan USAID direktorunun Ermənistanın günahsız mülki azərbaycanlılara qarşı törətdiyi soyqırımı və vəhşilik aktları qarşısında tamamilə susqun qalmasını xatırladaraq, fikirlərini USAID-in Azərbaycandakı 32 illik fəaliyyətinə nöqtə qoyacaq sözlərlə bitirmişdi: “Maskaları çıxarın! Azərbaycanda artıq USAID-in fəaliyyətinə yer yoxdur!”

USAID bir sıra layihələr vasitəsilə Azərbaycanda qlobal miqyaslı tədbirlərin uğursuzluğa uğraması üçün fəaliyyətlər göstərib, ictimai rəyə təsir etməyə, dövlətin beynəlxalq imicinə zərbə vurmağa çalışıb. Bunun əsas səbəbi Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan xarici siyasət yürütməsi və ABŞ-ın bu “diqtə” strukturlarına boyun əyməməsidir. Elə bu səbəbdən USAID Azərbaycanı hədəfə almışdı – lakin məkanı səhv seçmişdi.

Hüquqi əsasın olmaması və rəsmi qərarlar

Azərbaycan Xarici İşlər Nazirliyi artıq 2024-cü il iyunun 1-dən etibarən USAID-in Azərbaycanda fəaliyyətinin hüquqi əsasının olmadığını bəyan edib və ABŞ tərəfinə bununla bağlı rəsmi bildiriş göndərilib. Xarici işlər naziri Ceyhun Bayramov vurğulayıb ki, agentliyin ölkədə təmsilçiliyi üçün heç bir əsas yoxdur və USAID-in fəaliyyətinin tam şəkildə dayandırılmasının vaxtı çatıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu günlərdə Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində də bildirib ki, Tramp Administrasiyası USAID-in əvvəlki Administrasiya ilə birlikdə çoxsaylı gizli əməliyyatlar həyata keçirdiyini aşkarlayıb: “Onlar regiondakı bir sıra kütləvi informasiya vasitələrini maliyyələşdirərək, bu KİV-lərə Azərbaycandakı hadisələri neqativ yöndən işıqlandırmağı tapşırırdılar. İndi isə əksinə, biz Azərbaycanla bağlı daha az neqativ məqalələrin dərc edildiyinin şahidi oluruq. Çünki artıq USAID-in keçmiş rəhbəri Samanta Pauer kimi insanlar yoxdur. O, Azərbaycana və onun xalqına genetik səviyyədə nifrət edirdi”.

USAID dövrünün sonu və beynəlxalq nizamda yeni mərhələ

USAID-in ifşa olunması və fəaliyyətini dayandırması ilə dünya bir daha anladı ki, “yardım” adı altında təqdim edilən hər bir fəaliyyət arxasında siyasi və geosiyasi maraqlar, müdaxilə planları, ideoloji yönləndirmələr dayana bilər. USAID-ın gerçək simasının məhz Tramp Administrasiyası tərəfindən ifşa edilməsi isə xüsusilə əhəmiyyətlidir. Azərbaycanın illərdir, USAİD barədə səsləndirdiyi həqiqətlərin məhz ABŞ Administrasiyası tərəfindən təsdiqlənməsi Bakının növbəti dəfə haqlı olduğunu ortaya qoymuş oldu. Azərbaycan təzyiqlərə boyun əyməyən, öz yolunu seçən və milli maraqları üstün tutan ölkə olaraq, USAID-in qanunsuz təsir cəhdlərini iflasa uğratdı.

USAID səhifəsi rəsmi şəkildə bağlandı. Onunla birlikdə bir çox ölkədə sabitliyi pozan, daxili işlərə qarışan, xalq iradəsini manipulyasiya edən bir dövr də qapanmış oldu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 İyul 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see214

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see210

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see175

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see161

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see149

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see139

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see133

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see131

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see131

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see131

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see131

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see130

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see129

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see126

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri