Icma.az
close
up
RU
Mansardlardan qəti ev almayın! XƏBƏRDARLIQ

Mansardlardan qəti ev almayın! XƏBƏRDARLIQ

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni yaşayış binalarında mansardaların sakinlər tərəfindən alınması və istifadəsi mübahisəli məsələdir. Mansardlar yaşayış təyinatlı olmasa da vətəndaşların bu sahədən istifadə halları,MTK-ların onları satışa çıxarması halları çoxdur.

Texniki mərtəbə olan mansardlara lift və digər şəbəkələrin tənzimləmə işlərini icra etmək üçün xüsusu yer kimi də baxmaq olar.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin üzvü Aydın Hüseynov bildirib ki, əgər sözügedən sahə yaşayış üçün nəzərdə tutulubsa, deməli, yaşayış təyinatlı çıxarış verilir. Yox, əgər yaşayış üçün nəzərdə tutulmayıbsa, hansı digər fəaliyyət növü üçün təyin edilibsə, bu sənəddə açıq şəkildə göstərilir:

“Yəni çıxarışda obyektin təyinatı konkret olaraq qeyd olunur: yaşayış üçündürmü, yoxsa hər hansı digər məqsəd üçündür. Yaşayış təyinatlı mansardlarda təbii ki, işıq, qaz, su və digər kommunal təchizat aparılır. Bu zaman vətəndaş tam hüquqlu sakin hesab.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bəzi binalarda mansard hissəsi “penthouse” kimi nəzərdə tutulur. Belə olduqda onun qarşısında açıq sahə, eyvan hissəsi olur və həmin hissəyə çıxarış verilir. Təyinat da mənzil kimi göstərilir.

"Bəzi hallarda bina tikilib təhvil verildikdən sonra ya MTK tərəfindən, ya da sonuncu mərtəbədə yaşayan sakinlər tərəfindən həmin axırıncı mərtəbə mənzilə çevrilir. Bu zaman mansardın təyinatı həlledicidir. Texniki mərtəbədirsə, alınıb-satılmamalıdır. “Penthaus”dursa, təbii ki, şəxsi istifadəsinə icazə var.

Mansard, əsasən, təyinatı texniki mərtəbədir. Orada qurğuların, kommunikasiya xətlərinin yerləşdirilməsi nəzərdə tutulur. Texniki mərtəbə qeyri-yaşayış sahəsi hesab olunur. Görürsən ki, vətəndaş öz mənzilinin içindən mansarda qapı da açıb”.

Ekspert vurğulayıb ki, mansard sahələrində hündürlük problemi olur, tam mənzil ölçüləri təmin edilmir. Yalnız pilləkən vasitəsilə çıxmaq mümkün olur:

“Bu sahələr təmir olunsa belə, yaşayış baxımından rahat hesab edilmir. Bu problemlər ölkə üzrə mövcuddur. Ən üst hissə olduğu, mənzillər kimi hörülmədiyi üçün yayda sərinlətmə, qışda isitmə problemləri yaranır. Dam örtüyündə sızma olduqda birbaşa mansard zərər görür. Belə hallar olub ki, güclü külək zamanı dam örtüyünün bir hissəsi qopub və nəticədə mənzilin içindəki bütün təmir yararsız hala düşüb. Bu baxımdan risklidir. Ona görə də mansardların satış qiyməti adətən adi mənzillərdən daha ucuz olur. Binada mənzilin kvadrat metri 2000 manatdırsa, mansard sahələrində bu qiymət 800–1000 manat aralığında olur. İnsanlar bunu alıb ya özləri istifadə edir, ya da kirayə verərək gəlir əldə edirlər.

Əslində bu cür mansardlara çıxarış verilməməlidir. Çox nadir hallarda bəzi binalarda mansardlara çıxarış almaq mümkün olur, amma bu hallar istisnadır. Əksər binalarda mansardlar texniki mərtəbə kimi nəzərdə tutulduğu üçün müvafiq mənzil sənədi verilmir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Yanvar 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri