Icma.az
close
up
RU
Belə evləri almayın XƏBƏRDARLIQ

Belə evləri almayın XƏBƏRDARLIQ

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illər daşınmaz əmlak bazarında makler evlərinə maraq artıb. Daha ucuz qiymət və qısa tikinti müddəti alıcıları cəlb edir. Lakin bu cür evlərin keyfiyyəti və hüquqi vəziyyəti ilə bağlı suallar da az deyil. Standartlara uyğun tikilib-tikilməməsi, istifadə olunan materialların keyfiyyəti və sənədləşmə məsələsi əsas risk faktorları sayılır. Bəs makler evləri həqiqətən etibarlıdırmı və onların real istismar müddəti nə qədərdir?
Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov Demokrat.az-a bildirib ki, qanunsuz tikililərin inşa edilməsi də, alınması da qanun pozuntusudur:
"İlk növbədə belə evi tikən şəxs qanunu pozur, onu alan da eyni məsuliyyəti daşıyır. Bu cür alqı-satqı bazarda əlavə problemlər yaradır və mövcud vəziyyəti daha da çətinləşdirir. Nəticədə həm vətəndaş, həm də dövlət zərər görür.
Keyfiyyət məsələsinə gəldikdə isə, bu cür tikililərdə çox şey evi inşa edən şəxsin vicdanından və peşəkarlığından asılı olur. Layihə əsasında inşa olunan evlər normativ tələblərə uyğun tikilir, sənədləri qaydalara əsasən hazırlanır və müəyyən dərəcədə dövlət nəzarətindən keçir. Doğrudur, belə hallarda da risk tam sıfır deyil. Məsələn, istifadə olunan betonun keyfiyyəti aşağı ola bilər və ya armatur normadan az tətbiq oluna bilər. Lakin buna baxmayaraq, layihəli tikililərdə risk səviyyəsi nisbətən aşağıdır".
Ekspert deyib ki, qanunsuz evlər isə çox vaxt heç bir normativə uyğun olmadan, kifayət qədər bilik və təcrübəsi olmayan şəxslər tərəfindən inşa edilir. 
"Bu isə konkret və ciddi risk deməkdir. Burada həm keyfiyyət, həm təhlükəsizlik, həm də hüquqi problemlər mövcuddur. Belə evlərin nə qədər müddət istismar olunacağını əvvəlcədən demək mümkün deyil. Hətta onu tikən şəxs belə bu barədə dəqiq təminat verə bilməz.
Digər mühüm məsələ torpaq amilidir. Bəzi torpaq sahələrinin altında qrunt suları yüksək səviyyədə olur. Hər torpaq kateqoriyasının özünəməxsus tikinti qaydaları və texniki tələbləri var və onlara mütləq əməl olunmalıdır. Əgər bu qaydalar nəzərə alınmırsa, ev daha tez aşınır, konstruktiv problemlər yaranır və istismar müddəti qısalır".
Həmçinin oxu:
13-cü dəfə burun əməliyyatı oldu
Xəyalə Quliyeva “Maşın Şou”da qazandığı avtomobili məhkəmədə uduzdu
'Elif' əri öləndən sonra ilk dəfə bu şəxslə münasibətə başladı — FOTO
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Mart 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see767

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see695

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see272

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see255

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see239

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see235

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see228

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see226

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see213

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see206

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see191

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see186

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see185

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see184

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see181

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see179

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see178

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see169

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see161

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri