Icma.az
close
up
RU
“Maped” şirkəti Fransadakı sonuncu zavodunu bağlayır

“Maped” şirkəti Fransadakı sonuncu zavodunu bağlayır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Paris, 19 fevral, AZƏRTAC

Məktəb ləvazimatları istehsalçısı olan “Maped” şirkəti Fransadakı sonuncu istehsal müəssisəsini bağlamaq barədə qərar qəbul edib. Şirkət 2026-cı ilin may ayında Haute-Savoie bölgəsinin Arqone şəhərində yerləşən zavodun fəaliyyətini dayandıracaq.

AZƏRTAC xəbər verir ki, şirkət rəhbərliyi son səkkiz ildə müəssisənin mənfəətinin 40 faiz azaldığını bildirib. O, 2025-ci ildə 175 milyon avro məbləğində dövriyyənin olmasına baxmayaraq, mövcud şərtlər daxilində Fransada istehsalı davam etdirməyin mümkün olmadığını deyib.

“Maped”in çətinliklərinin əsas səbəbi beynəlxalq rəqabətin güclənməsidir. Xüsusilə Çin və Hindistan istehsalçıları məhsulları daha ucuz qiymətə təklif edirlər ki, bu da Fransada istehsal olunan malların rəqabət qabiliyyətini zəiflədir.

Bundan əlavə, istehlak səviyyəsinin azalması da şirkətə mənfi təsir göstərir. Rəqəmsallaşma nəticəsində qələm, pozan və digər ləvazimatlar tədricən elektron vasitələrlə əvəzlənir. Eyni zamanda, məktəbyaşlı uşaqların sayının azalmasının da bu işə təsir göstərdiyi vurğulanır.

Məlumata görə, hazırda sözügedən zavodda 28 nəfər çalışır. Şirkət rəhbərliyi sosial tərəfdaşlarla birlikdə təxminən 20 əməkdaş üçün dəstək planı üzərində işləyir. 8 daimi əmək müqaviləsi ilə çalışan işçinin isə daxili yerdəyişmə və ya başqa vəzifəyə keçirilməsi nəzərdə tutulur. Zavodun Annesi şəhərində yerləşən satış, tədqiqat və marketinq bölmələrinə isə bu məsələ hələlik təsier göstərməyəcək.

Qeyd edək ki, 1947-ci ildə yaradılmış “Maped” fəaliyyətini Asiyada cəmləşəcəyini açıqlayıb. Onu da bildirək ki, şirkətin Argentina, Meksika, Braziliya, Kanada, ABŞ, Yunanıstan və Türkiyədə filialları mövcuddur. Qrup dünya üzrə təxminən 1800 nəfəri işlə təmin edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Fevral 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri