Maradonanı bağlayan futbolçu vəfat etdi
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniyalı futbolçu Xose Manuel Espinosa vəfat edib.
Oxu.Az xəbər verir ki, "Real Madrid", "Selta Viqo" və "Sportinq Xixon" klublarında çıxış etmiş idmançı xəstəlikdən 66 yaşında dünyasını dəyişib.
Espinosa "Real Madrid"in əsas komandasında oynasa da, 1982-ci ildə 23 yaşında "Sportinq Xixon"a transferi karyerasının dönüş nöqtəsi olub. O, ən yaxşı illərini məhz orada keçirib.
Futbolçunu əbədiləşdirən məqam isə 1984-cü il fevralın 12-də Dieqo Maradonaya qarşı mübarizəsi olub. Espinosa argentinalıya fərqlənmək üçün imkan verməyib. "Sportinq" Maradonanın "Barselona"sı ilə 0:0 hesablı heç-heçə etsə də, bu nəticə Xixonda qələbə kimi qeyd edilib.
Baxış sayı:32
Bu xəbər 15 Oktyabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















