Icma.az
close
up
RU
Maralgölün gözəlliyi insan laqeydliyi ilə itir FOTO

Maralgölün gözəlliyi insan laqeydliyi ilə itir FOTO

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Zibil qutuları yanındadır, amma insanlar təbiəti çirkləndirir


 Təmiz mühit sağlamlığın və rahatlığın əsas şərtidir. İnsan təbiətlə harmoniyada yaşadıqca, həm özünü yaxşı hiss edir, həm də ətrafı gözəlləşir. Dünyanı dəyişmək üçün uzaqlara səyahət etməyə ehtiyac yoxdur - ən əvvəl öz evimizdə, məhləmizdə, kəndimizdə və şəhərin səs-küyündə belə təmizliyə riayət etməliyik. Yalnız bu halda istirahət etdiyimiz məkanlar gözəlləşir, əks halda isə zibil və laqeydlik hər şeyi korlayır. Təəssüf ki, insanların məsuliyyətsizliyi səbəbindən çirklənən göllərdən biri də təbiətin qoynunda yerləşən Maralgöldür. İnsanlar bura istirahətə gəlsələr də, ətrafı zibilləyərək gözəlliyi korlayırlar. 

Bura istirahətə gələn Günel Şamilova vəziyyətdən narazılığını gizlətməyərək bildirir: “İnsanlar buraya təbiətdən zövq almağa gəlirlər, amma heç nəyi düşünmədən gölün ətrafını zibilləyirlər. Halbuki, zibil qutuları çox yaxınlıqda yerləşir. Buna baxmayaraq, insanlar qida qablarını, tullantılarını və istifadə etdikləri əşyaları təbiətə atırlar. Bu, həm məkana zərər vurur, həm də gələcək nəsillərə pis nümunə olur”. 


Günelin sözlərinə görə, xüsusilə ən çox böyüklər belə tullantılar edərək ətrafı çirkləndirirlər. Onların bu hərəkəti həm gənclərə, həm də gələcək nəsillərə pis nümunə olur. Çünki gənclər böyüklərin davranışlarını təkrarlayaraq vəziyyəti normallaşdırırlar. Lakin vəziyyət heç də normal deyil. Təbiət gözəl və təmiz qalmalıdır. İnsanların istirahəti başqalarına maneçilik yaratmamalıdır. Çirkli tullantılar və zibillər həm ətrafı korlayır, həm də insanların göz zövqünü pozur. O hesab edir ki, bu kimi halların qarşısını almaq üçün məsələ mətbuat və mediada işıqlandırılmalıdır. 


Maralgöldəki vəziyyətlə bağlı ekoloq  Rövşən Abbasov da mövqeyini bildirdi. Onun sözlərinə görə, Maral göl yüksək dağlıq zonada yerləşən aliqator tipli göldür və suları təmizliyi ilə seçilir. Adətən belə göllərin suyunun təmiz qalmasının səbəbi ora insanların az getməsidir. Amma indi Maralgölünün çirklənməsi insanların ekoloji məlumatsızlığından və məsuliyyətsizliyindən irəli gəlir. 


“Təsəvvür edin, insan istirahətə gəlir, amma özündən sonra tullantıları gölün ətrafında qoyub gedir. Bu, həm təbiətə, həm də turistik məkanlara böyük ziyan vurur” - deyə Abbasov qeyd edib. Onun sözlərinə görə, tullantıların mənfi təsiri çox güclüdür: plastik torbalar çürümədən yüz illərlə qala bilər, torpaq proseslərini pozar və estetik görünüşü korlayar. Daha təhlükəli isə qida qalıqlarıdır. Belə tullantılarda azot və fosfor kimi biogen maddələr olur və bu da göldə ekosistemin tarazlığını dəyişdirir. Nəticədə eutrofikasiya prosesi başlayır, su bulanıqlaşır, oksigen azalır,  və nəticədə göldəki canlıların məhv olmasına gətirib çıxarır. Eyni zamanda Rövşən Abbasov əlavə edib ki, Maralgölün çirklənməsi birbaşa Göygölə də təsir göstərir. Çünki Maralgöl Göygöldən yuxarıda yerləşir və oradan çıxan sular Göygölə axır. Bu isə çox təhlükəli haldır: Maralgölün çirklənməsi Göygölün də çirklənməsinə səbəb ola bilər. Bu kimi halların qarşısını almaq üçün insanlar daim məlumatlandırılmalı, maarifləndirici tədbirlər həyata keçirilməlidir. Ən azından göl ətrafında lövhələr yerləşdirilməli, zibil atanlara qarşı ciddi tədbirlər görülməlidir. 

Göygöl Milli Parkına daxil olan turistlərə bukletlər paylanmalı, hansı ərazilərdə olduqları, təbiətə zibil atmağın qadağan olduğu aydın şəkildə göstərilməlidir. Park rəhbərliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu işdə fəal olmalıdır. Xəbərdarlıq nişanları ərazilərin hər yerində yerləşdirilməli, turistlər hər addımda təbiətin füsunkarlığını dərk etməklə yanaşı, ona məsuliyyətlə yanaşmağın vacibliyini hiss etməlidirlər. Ekoloqun sözlərinə görə, ümumiyyətlə Maralgöl kimi həssas ərazilərdə plastik qabların istifadəsi məhdudlaşdırılmalıdır. Ən düzgün yanaşma turistlərin yaratdıqları tullantıları özləri ilə geri aparmalarını təmin etməkdir. Bunun üçün xüsusi ekoloji strategiyalar işlənib hazırlanmalıdır.

İlahə Həbib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Sentyabr 2025 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri