Mareska 17 yaşlı Sambadan danışdı
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İngiltərənin “Mançester Siti” futbol komandasının baş məşqçisi Entso Mareska hücumçu Floyd Sambanın çıxışından danışıb.
İdman.Biz xəbər verir ki, 17 yaşlı futbolçu İngiltərə Liqa Kubokunun üçüncü mərhələsində “Norviç”ə qarşı keçirilən və 5:0 hesabı ilə başa çatan oyunda iki qol vurub.
Mareska Sambanın yalnız vurduğu qollarla deyil, ümumi oyunu ilə də diqqət çəkdiyini bildirib.
“O, təkcə iki qoluna görə yaxşı oynamadı, bütün oyunu yüksək səviyyədə idi. Doqquz nömrə mövqeyində çox oynamayıb. Son iki-üç matçda onu bu mövqedə sınadıq. Hücumları çox yaxşı tamamlayır”, - deyə italiyalı mütəxəssis bildirib.
Baş məşqçinin sözlərinə görə, Samba bu mövqedə əvvəllər heç vaxt çıxış etməyib:
“Son üç-dörd gündə onu doqquz nömrə mövqeyində oynatmağa qərar verəndə bu barədə özündən soruşdum. Dedi ki, əvvəllər heç vaxt həmin mövqedə oynamayıb. Əlbəttə, o, klassik doqquz nömrə deyil, amma çox yaxşıdır. Gəncdir, enerjilidir və epizodları tamamlamağı bacarır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 18 Sentyabr 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















