Icma.az
close
up
RU
Mariya Stadnik: İdman nailiyyətlərimə görə Azərbaycanın ən yüksək mükafatlarına layiq görülmüşəm MÜSAHİBƏ

Mariya Stadnik: İdman nailiyyətlərimə görə Azərbaycanın ən yüksək mükafatlarına layiq görülmüşəm MÜSAHİBƏ

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Azərbaycanın 10 qat Avropa və 2 qat dünya çempionu olan güləşçisi Mariya Stadnik "Report"un suallarını cavablandırıb. Fevralın 2-də karyerasını bitirdiyini açıqlayan olimpiadanın 4 qat mükafatçısı gələcək planlarını açıqlayıb. O, həmçinin ölkəmizdə qadın güləşinin perspektivlərindən danışıb.

- İki gün əvvəl karyeranızı başa vurduğunu açıqladınız. Bu barədə nə deyə bilərsiniz? Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarındakı uğursuzluq qərarınıza hansısa şəkildə təsir etdimi?
- Bəli, karyeramı bitirdim. Parisdə sonuncu olimpiadamda iştirak etdim. Qərara gəlincə, mən artıq peşəkar idmançı kimi hər şeyi etmişəm və bu kifayətdir.

- Siz yalnız olimpiadada qızıl medal əldə edə bilməmisiniz. İki gümüş və iki bürünc medalınız var. Çempion olmağınıza nə mane oldu?
- Təəssüf ki, karyeramda olimpiya qızılı yoxdur. Nəyin mane olduğunu bilsəydim, yəqin ki, qızıl mükafat əldə edərdim.

- 2008-ci ildən Azərbaycan millisində çıxış edirsiniz. Azərbaycanın ilk və indiyədək yeganə dördqat olimpiya mükafatçısı, həmçinin tarixdə dörd olimpiadada medal qazanmış üç qadın pəhləvandan birisiniz. Bundan əlavə, qadın güləşi tarixində beş Yay Olimpiya Oyunlarına qatılan ilk və yeganə idmançısınız. Bu nailiyyətləri necə əldə etdiniz?
- Bütün bunlara nizam-intizam vasitəsi ilə nail oldum. İdmana olan sevgimlə bütün uğurları qazanmışam. İlk növbədə gördüyün işi sevməlisən.

- İdman nailiyyətlərinə və Azərbaycan idmanının inkişafındakı xidmətlərinizə görə dövlət ordenləri və medalları ilə təltif olunmusunuz. Bu barədə nə deyə bilərsiniz?
- İdman nailiyyətlərimə görə Azərbaycanın ən yüksək mükafatlarına layiq görülmüşəm. Amma hamıya məlumdur ki, Prezident İlham Əliyev idmançılara diqqət göstərir, onlara hörmət edir. Uğurlarımıza görə hər zaman bizə təşəkkür edir. Ona görə də bu illər ərzində Azərbaycanı təmsil etmək və əməyimə görə yüksək mükafatlar almaq mənim üçün böyük şərəfdir. Bu, Azərbaycanda idmançıların nə qədər sevildiyini və onlara hörmət edildiyini göstərir.

- İdmançı kimi Azərbaycan tarixinə düşmüsünüz. Bir mütəxəssis, qadın güləşi üzrə koordinator kimi uğur qazana biləcəksiniz?
- İlk növbədə buna inanıram. Azərbaycanın qadın güləşi daha da inkişaf edəcək və təcrübəmlə qızların yaxşı nəticələr əldə etməsinə yardımçı olacağam. Mən buna əminəm, çünki əmin olmasaydım, bu işi üzərimə götürməzdim.

- Övladlarınızın güləşçi olmasını istərdiniz?
- Uşaqlarım öz istəklərində sərbəstdirlər. Mən onların güləşçi olmalarında israrlı deyiləm və nədənsə onlar da döyüşmək istəmirlər. Balaca olduqları vaxt bu idman növünü bəyənirdilər, amma indi hər kəs öz bəyəndiyi sahəni seçib.

- Azərbaycanda günlərinizi necə keçirirsiniz?
- Demək olar ki, bütün günü idmanla məşğul oluruq. Evə ancaq axşam gəlirik. Həftəsonları Bakıdan kənara harasa getməyə çalışırıq. Xizək sürməyi sevirik. Şahdağa, bəzən isə digər bölgələrə gedirik. Şəhərdən, tıxacdan uzaqlaşırıq.

- Azərbaycan mətbəxində hansı yeməklərə üstünlük verirsiniz?
- Azərbaycan plovunu çox sevirəm. Üzərində ərik qurusu, kişmiş və ət...

- Yemək bişirə bilirsiniz?
- Əlbəttə. Mənim iki övladım var. Onların istədikləri bütün yeməkləri özüm hazırlayıram.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://report.az
archiveBu xəbər 04 Fevral 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri