Mark Rutte: NATO Qara dənizdə təhlükəsizlik vəziyyətini izləyir
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
NATO regiondakı təhlükəsizlik vəziyyətini diqqətlə izləyir və zərurət yarandıqca müdafiə və çəkindirmə sahəsində mövqeyini tənzimləyir.
"Cebheinfo.az" xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
O, Bolqarıstanın Baş naziri Rumen Radev ilə Qara dənizdə ticarət gəmilərinə qarşı son dron hücumlarını müzakirə etdiyini qeyd edib.
Rutte bildirib ki, NATO Qara dəniz regionunda müttəfiqləri ilə sıx əməkdaşlığı davam etdirəcək.
Baş katib vurğulayıb ki, alyans artıq şərq cinahında müdafiə mövqeyini gücləndirib və regiondakı təhlükəsizlik vəziyyətini yaxından izləyir. Onun sözlərinə görə, zərurət yarandıqda NATO-nun çəkindirmə və müdafiə mövqeyi müvafiq şəkildə tənzimlənəcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 13 Oktyabr 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















