Icma.az
close
up
RU
Marketdəki endirim kampaniyasında məhsul üstündə dava düşdü VİDEO

Marketdəki endirim kampaniyasında məhsul üstündə dava düşdü VİDEO

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Cəlilabad şəhərində yeni açılan marketdə təşkil olunan kampaniya bu dəfə də qeyri-adiliyi ilə seçilib.

Bu barədə Avtosfer.az-ın sosial şəbəkə hesabına video göndərən vətəndaş qeyd edib ki, kampaniyadan yararlanmağa çalışan vətəndaşlar bir məhsul üstündə mübahisə də edib. Market işçiləri belə halların qarşısını almaqda çətinlik çəkiblər.

Mütəxəssislərin sözlərinə görə, belə hallar təkcə Azərbaycanda yox, hətta inkişaf etmiş ölkələrdə, ABŞ, İtaliya, Britaniya, Fransada da yaşanır. Lakin bu ölkələrdə ajiotaja səbəb olan endirim kampaniyaları daha çox elektronika məhsulları ilə bağlı təşkil olunur. Məsələn, ABŞ-də “Apple” şirkətinin təşkil etdiyi kampaniya zamanı müştərilər qapıların tam açılmağını gözləmədən, sürünərək qapının altından keçməyə nail olmuşdu. Görüntülər sosial şəbəkələrdə tənqid edilsə də, noyabr ayında baş tutan “Qara cümə” kampaniyası zamanı da eyni hal yaşanmışdı.

Sosioloq Rəşad Əsgərov Avtosfer.az-a açıqlamasında bildirib ki, vətəndaşların endirim kampaniyalarına axın etməsi adi haldır. Yəqin ki, kampaniyanı təşkil edən müəssisə sosial şəbəkələr üzərindən reklamlara daha çox önəm verib, nəticədə belə bir vəziyyət yaranıb.

“Vətəndaşlar sosial şəbəkələrdən görüb və marketdə ajiotaja səbəb olub. Bu reklam siyasətidir. Məsələn, “Ailə sevinci” adlı lotoreya təşkil olunurdu. Həmin lotoreyada 1 milyon manat udan adamı danışdırdıqdan sonra, bu məlumat ölkəyə yayılır. Sonra həmin lotoreya biletlərinin satışı xeyli artır. Marketlərdəki endirim kampaniyasında da vəziyyət eynidir. Bir kampaniya keçirilir. Bir neçə məhsulda endirim təşkil olunur. Məsələn, çörək, süd, kartof, soğan və s. məhsulların qiyməti endirilir. Amma marketə girən təkcə çörək almır ki. Qiymətlərin aşağı olduğunu düşünür, gedib yağ alır, şirniyyat alır, toyuq alır, onu, bunu alır. Bu məqamda market, məsələn, çörəyin qiymətini 65 qəpikdən 50 qəpiyə endirir. Çoxu elə bilir ki, 1000 çörəkdə 150 manat uduzub market, amma o 150 manatın iki qatını başqa məhsulun satışından qazanmış olur. Bəzən vətəndaşlar fərqində olmur, amma marketlər istifadə müddətinin bitməsinə çox az qalan mallara belə endirimlər təşkil edir. Yaxud keyfiyyət sarıdan məşhur firmanın məhsulundan zəif olan mallara endirimlər təklif olunur. Orta təbəqənin insanları da məhsulda elə də fərq görmədiyi üçün, daha çox ucuz məhsul almağa üstünlük verirlər. Xüsusilə də iqtisadi təfəkkürü inkişaf etməyən nəslin nümayəndələri bu kampaniyalardan yararlanmağa çalışırlar. Bu marketlər bəzən kampaniya ilə bağlı elə şiddətli reklamlara başlayırlar ki, həmin marketə kütləvi insan axını üz tutur.

Bununla mübarizə aparmaq mümkün deyil. Yalnız insanların iqtisadi savadlılığını artırmaqla müəyyən mənada aldanmalarının qarşısını almaq olar. Amma reklamın önünü kəsmək doğru addım deyil. Bu vətəndaşın sahibkarlıq fəaliyyətinə müdaxiləyə gətirib çıxara bilər. Elə KİV-lər, saytlar, qəzetlər, sosial media istifadəçiləri də bu üsulla qazanc əldə edirlər. Şirkətlər, marketlər onlara reklam verir və hansısa xüsusi endirim günü həmin müəssisələrdə ajiotajlar yarana bilir”.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 26 Noyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri