Icma.az
close
up
RU
Marketlərdə aldatmalar başlayıb Vətəndaşlara xəbərdarlıq EDİLDİ

Marketlərdə aldatmalar başlayıb Vətəndaşlara xəbərdarlıq EDİLDİ

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qarşıdan yeni il gəlir. Bayram günləri vətəndaşların ən çox aldandığı zamanlardır. Bu mövzuda vətəndaşlara nə tövsiyə olunur? Vətəndaşlar nələrə diqqət etməlidir ki, qiymət və keyfiyyət cəhətdən aldanmasınlar?


Mövzu ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, tələbat çox olduqda biznes qurumları istehlakçılara mal satmaqla bərabər, onları həm də aldadır:
 

“Bu günlərdə saxta, istifadəyə yararsız mallar insanlara satılır. Xüsusən ərzaq mallarında insanlar diqqətli olmalıdır. Burada əsas məsələlərdən biri rəfdəki qiymətlə kassadakı qiymətin fərqli olması amilidir. Yəni qiymət rəfdə aşağı, kassada isə yuxarı olur. Bu geniş yayılmış istehlakçı problemlərindən biridir. Təəssüflər olsun ki, bu məsələlərə nəzarət etməli olan dövlət qurumu prosesləri izləməklə kifayətlənir. Belə hallar olduqda vətəndaşlar aldanmamaq üçün sonda mütləq çekə, kartla ödəniş edilibsə də mobil tətbiqə baxsınlar. Əgər çekdəki mallarla alınan məhsullar üst-üstə düşmürsə, çekin və məhsulların yerində şəklini çəksin. Prolemi yerində həll etmək istəyirsə, müdiriyyəti çağırsın. Yaxud da vətəndaş fəallığı göstərmək istəsələr, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əlaqə saxlayaraq çəkdikləri fotoları oraya göndərə bilərlər. Eyni zamanda həmin qurumun "qaynar xətti"nə də şikayətlərini çatdıra bilərlər”.

E.Hüseynovun sözlərinə görə, dövlət qurumları əgər bu işə nəzarət edərsə, həmin dükanları ciddi cərimələr gözləyir:

“Xüsusilə kartla ödəniş zamanı istehlakçılar problemlər yaşayır. Bu zaman hətta istehlakçıya almadığı mal satılır. Məsələn, bununla bağlı sonuncu şikayət marketdə alınan tərəvəz yerinə bahalı ekzotik meyvənin qiymətinin vurulması ilə bağlıdır. Əgər istehlakçı buna diqqət etməsəydi, baha qiyməti də ödəyib evinə gedəcəkdi. Həmin çek Azad İstehlakçılar Birliyinə göndərilib. Belə hallarda istehlakçı çox diqqətli olmalıdır. Vətəndaşlar çeki uzun müddət saxlasınlar, xüsusən də malların yararlılıq müddətinə diqqət etsinlər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Dekabr 2024 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri