Marko Rubio Ermənistana niyə gedir? Mirzoyan açıqladı
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Marko Rubionun planlaşdırılan səfərinin ölkədə keçiriləcək parlament seçkisi ilə heç bir əlaqəsinin olmadığını bildirib.
Moderator.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
"Seçkinin məsələyə nə aidiyyəti var? Bunlar necə əlaqələndirilə bilər?" - Rubionun Ermənistana səfərinin qarşıdan gələn səsvermə prosesi ilə bağlı olub-olmaması barədə sualı cavablandıran Mirzoyan deyib.
Nazir səfər çərçivəsində imzalanması gözlənilən sazişlərin detallarını açıqlamayaraq, bu barədə məlumatın daha sonra ictimaiyyətə təqdim ediləcəyini vurğulayıb. Medianın məlumatına görə, İrəvanda Mirzoyan və Rubio arasında danışıqların aparılması, ardınca isə müvafiq sənədlərin imzalanması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:232
Bu xəbər 25 May 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















