Icma.az
close
up
RU
Marksist baxışla ABŞ ın Venesuela siyasəti və geosiyasi nəticələr

Marksist baxışla ABŞ ın Venesuela siyasəti və geosiyasi nəticələr

Dogru.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-in Venesuelaya hücumu və Venesuela Prezidenti Nikolas Maduronu ölkədən çıxarılmasının Marksist prizmadan analizi

Donald Tramp yenidən ABŞ prezidenti seçildikdən sonra ABŞ siyasətində ciddi dəyişikliklər hiss edildi. Bu dəyişikliklər ABŞ-nin Cənubi Amerika siyasətində də gözə çarpmağa başladı. Tramp tez-tez Cənubi Amerikada anti-ABŞ liderləri hədəf aldı. Kolumbiya, Venesuela ve Kuba əsas təhdid hədəfi idilər. Yanvarın 3-də ABŞ Venesuelaya hücum etdi və 3 saata yaxın davam edən xüsusi əməliyyatda Prezident Nikolas Maduro və həyat yoldaşı ələ keçirildi və mühakimə edilmək üçün ABŞ-yə aparıldılar. Mən bu hadisənin arxa fonunun anlaşılmasında Marksist baxışın bizim üçün önəmli çərçivə təmin edəcəyini düşünürəm.

Marksist baxışa əsasən dövlətlərin davranışları iqtisadi maraqlarla müəyyən edilir. Böyük dövlətlərin daxilindəki kapitalist şirkətlər onları resuslar üçün yeni müharibələrə başlamağa sövq edirlər. Dövlətlər böyük transmilli koorporasiyasıların xammala və yeni bazarlara olan ehtiyacını təmin etmək üçün geniş hərbi əməliyyatlardan çəkinmirlər. Demokratiya gətirmək istəyi və ya təhlükəsizlik narahatlıqları isə bu münaqişələrin leqallaşdırılması üçün örtük rolu oynayır. Bəs ABŞ-ı Venesuelaya hücum etməyə sövq edən amillər nələr idi?

Əlbəttə ki, əsas səbəb enerji resurslarına nəzarət uğrunda gedən qlobal rəqabət idi. Venesuelanın sübut edilmiş neft ehtiyatları təxminən 303 milyard barrel səviyyəsindədir ki, bu da dünyanın ən böyük sübut edilmiş neft ehtiyatı hesab olunur və qlobal ehtiyatların təxminən 17 %-nə bərabərdir. Bu böyük resursları təxminən 1900-lərin əvvəlindən ABŞ şirkətləri çıxarırdı, lakin 1976-cı ildə Venesuela neft sənayesi milliləşdirildi və xarici şirkətlərin əksəriyyəti tədricən çıxarıldı, çünki dövlət sektoru PDVSA yaradıldı və idarəçilik hüquqları ələ alındı. Bu tarixdən sonra ABŞ şirkətlərinin sərbəst fəaliyyətləri məhdudlaşdı. Lakin Amerika şirkətləri Venesuela neftinin əsas alıcısı olaraq qaldılar. 2000-ci illərdə Venesuela Prezidenti Hugo Chavez hökuməti əmlakın milliləşdirilməsi siyasətini gücləndirərək bir çox xarici neft şirkətlərini məcbur etdi ki, neft sahələrinin çox hissəsini dövlətlə birgə idarə etsinlər və ya çıxıb getsinlər. Bu, ExxonMobil, ConocoPhillips və digər şirkətlərin Venesuelanı tərk etməsinə səbəb oldu. 2013-cü ildən prezident olan Nikolas Maduro da sələfi Hugo Chavezin Bolivarçı siyasətini davam etdirdi və Amerika şirkətlərini Venesuela neft sənayəsindən tamamilə uzaqlaşdırdı. Amerikanın bazarda boşalan yerini onun qlobal rəqibi Çin tutmağa başladı. Venesuela nefti yüksələn Çin iqtisadiyyatı üçün önəmli xammal resursuna çevrildi. Eyni zamanda əlverişli coğrafi mövqeyə malik olan Venesuelanı Çin üçün Cənubi Amerikaya açılan qapıya da çevirdi. Panama kanalından keçən Çin gəmiləri Venesuela limanları vasitəsilə asanlıqla Cənubi Amerika bazarına çıxış əldə etmişdilər. ABŞ yüz ildən çoxdur dominantlıq etdiyi Amerika bazarını Çinə asanlıqla verməyə hazır deyildi.

Bəs ABŞ bu hücumla nələr eldə etdi? Bu hücüm ABŞ-nin rəqiblərinə vurduğu böyük zərbə idi. Bu dünya bazarında yüksələn Çin şirkətlərinin önəmli ucuz xammal resursun itirməsinə və yeni xammal resursları üçün daha çox xərclərə səbəb olacaq. Bu həm də Cənubi Amerika sahillərində Venesuela limanlarının itirilməsinə səbəb oldu. Bu ticarətdən asılı olan Çin iqtisadiyyatına təsirsiz ötüşməyəcək.

Bu hücüm eyni zamanda ABŞ-nin digər potensial rəqiblərinə də ciddi təsir göstərəcək, xüsusilə Rusiya və İran. Bu iki dövlətin iqtisadiyyatı neft gəlirlərindən asılıdır və Venesuelanın geniş neft ehtiyatlarının dünya bazarına rahatlıqla çıxması uzun müddətdə neft qiymətlərinin kəskin ucuzlaşmasına səbəb olacaq. Hazırda Səudiyyə Ərəbistanının və digər OPEC ölkələrinin neft hasilatını artırması neft qiymətlərinin enmə tendensiyasına səbəb olur və bu, prosesi daha da sürətləndirəcək. Bu qiymət ucuzlaşması İranın və Rusiyanın iqtisadi resurslarının azalmasına və ABŞ ilə davam edən qlobal rəqabətlərində zəifləmələrinə səbəb olacaqdır.

Nəticə olaraq, ABŞ-nin Venesuelaya hücumu demokratiya gətirmək məqsədilə deyil, rəqiblərinə böyük zərbə vurmaq məqsədilə edilmiş bir həmlə idi. Bu zərbə ABŞ şirkətlərinin Venesuela neft sənayesindən çıxarılmasına cavab olaraq edilmiş bir hücum idi. Bu cavab Cənubi Amerikada qlobal güclərin iqtisadi rəqabətində yeni raundun başlanğıcı oldu!

Müəllif: politoloq (ekspert) Seyid Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://dogru.az
archiveBu xəbər 09 Yanvar 2026 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri