Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tbilisi, 8 oktyabr, AZƏRTAC
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yeni tədris mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində müəllimlər, valideynlər və təhsil sahəsinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Evi və GAİM-in direktoru Məhəbbət İmanov mərkəzin fəaliyyəti və yeni layihənin məqsədləri barədə məlumat verib.
Bildirilib ki, layihə çərçivəsində mental arifmetika Marneulidə ilk dəfə olaraq GAİM-də tədris olunacaq. Tədris prosesini təcrübəli müəllim Sayalı İsmayılova həyata keçirəcək.
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində ibtidai təhsil üzrə bakalavr və psixologiya üzrə magistr təhsili alan S.İsmayılova dörd fənn üzrə baş müəllimdir və Azərbaycan və gürcü sektorlarında 4 illik pedaqoji təcrübəyə malikdir.
Yeni tədris proqramı məktəblilərlə yanaşı, məktəbəqədər yaşlı uşaqları, abituriyentləri və müəllimləri də əhatə edir. Mərkəzdə Azərbaycan və gürcü sektorları üzrə tədris, məktəbəqədər hazırlıq və milli imtahanlara hazırlıq, gürcü və ingilis dillərinin tədrisi, fərdi yanaşmaya ehtiyacı olan uşaqlarla iş, eləcə də psixoloji dəstək istiqamətləri üzrə xidmətlər göstərilir.
Tədris prosesinə ixtisaslı və təcrübəli müəllimlər cəlb olunub. Dərslərdə sensor lövhələrdən, müasir texnologiyalardan, interaktiv oyunlardan və xüsusi hazırlanmış tədris resurslarından istifadə ediləcək.
Yeni layihənin məqsədi Marneulidə müasir təhsil imkanlarını genişləndirmək, şagirdlərin və abituriyentlərin inkişafına, eləcə də müəllimlərin peşəkar fəaliyyətinə dəstək göstərməkdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 08 Oktyabr 2026 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















