Marqarita Simonyanı öldürmək istəyən gəncə hökm oxundu: 25 il
Icma.az bildirir, Modern.az portalına istinadən.
Rusiyanın İkinci Qərb Dairəvi Hərbi Məhkəməsi “Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyana qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən Mixail Balaşovu 25 il müddətinə azadlıqdan məhrum edib.
Modern.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məhkəmənin qərarına əsasən, Balaşov 25 il həbs cəzası alıb. O, cəzanın ilk 4 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək. İş qapalı məhkəmə iclasında araşdırılıb, çünki 12 təqsirləndirilən şəxs arasında yetkinlik yaşına çatmayanlar da var.
İstintaqın məlumatına görə, Balaşov 2022-ci ildə Moskvada milli-sosializm ideologiyasına bağlı bir qrup yaradıb və tərəfdarları həmin qrupa cəlb edib. 2022-ci ilin sentyabrından 2023-cü ilin iyulunadək qrup üzvləri, o cümlədən azyaşlılar, miqrantlara və LGBT nümayəndələrinə qarşı bir neçə hücum həyata keçirib, hadisələrin videogörüntülərini internetdə yayıblar.
İstintaq həmçinin müəyyən edib ki, 2023-cü ildə naməlum şəxslər Balaşova Simonyanın qətlini təşkil etmək müqabilində 50 min ABŞ dolları təklif ediblər. O, bu işə bir şərik də cəlb edib və onlar jurnalistin yaşadığı və işlədiyi yerləri izləyiblər. Daha sonra Balaşov içərisində Kalaşnikov avtomatı və sursat olan gizli saxlanılan yerdən silah götürməyə cəhd edərkən saxlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 03 İyul 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















