Icma.az
close
up
RU
Marsda mikrob var? TƏDQİQAT

Marsda mikrob var? TƏDQİQAT

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

 NASA-nın Perseverance aparatı Marsın geoloji keçmişinə nüfuz edə bilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun üçün o, qəribə bir dağ süxurunu araşdırıb. Alimlərin fikrincə, bu süxur özündə Marsda həyatın olub-olmaması barədə məlumat daşıya bilər. Perseverance öz alətindən istifadə edərək qayalı Mars süxurunun üst qatını təmizləyib və bununla da onun tərkibini və tarixini daha ətraflı analiz etmək üçün yeni bir səthi üzə çıxarıb. Bu prosedur mexaniki üyüdmə və qaz şırnağı ilə təmizləmə kombinasiyasını əhatə edir və alimlərə süxurun iç qatlarını araşdırmağa imkan verir. Bu daxili qatlar milyardlarla il ərzində külək, radiasiya və toz tərəfindən dəyişdirilməmiş şəkildə qalmışdır. Alimlərin sözlərinə görə, Perseverance qəribə bir qayalı süxur aşkar edib və buna görə də ona bu süxuru alətləri vasitəsilə daha ətraflı araşdırmaq tapşırılıb.
Sələfləri ilə müqayisədə Perseverance nümunələri təmizləmək üçün təkmilləşdirilmiş bir toz təmizləmə alətindən istifadə edir. Bu sistem süxurları təmizləmək üçün 5 azot şırnağından istifadə edir. Süxurun üst qatı təmizləndikdən sonra aparat aşkar olunmuş səthi təhlil etmək üçün digər cihazlarını işə salıb. Perseverance-ın WATSON kamerası yaxın plan şəkillər çəkir, SuperCam isə materialın tərkibini təhlil etmək üçün lazer impulslarından və spektrometrdən istifadə edir, eyni zamanda yeni səthdən əks olunmuş görünən və infraqırmızı işığı araşdırır. Araşdırma göstərib ki, bu süxur özündə gil tərkibli minerallar birləşdirir. Bu minerallar suyu hidroksid molekulları formasında saxlayır və dəmir ilə maqneziuma bağlı olur ki, bu da Marsın qədim süxurlarına xas xüsusiyyətdir. Perseverance həmçinin SHERLOC və PIXL alətlərindən istifadə edərək süxurlarda mineral tərkibini, kimyəvi quruluşu və keçmiş su fəaliyyəti və ya mümkün mikrob həyatının əlamətlərini müəyyənləşdirir.
Perseverance aparatı:

Bu alətlər yalnız gil deyil, həm də çöl şpatının mövcudluğunu aşkar etməyə kömək edib. Çöl şpatı Yer qabığında və digər qayalı planetlərdə geniş yayılmış mineraldır. Alimlər həmçinin ilk dəfə olaraq süxur nümunələrində manqan hidroksidini aşkar ediblər. Perseverance bu qəribə süxuru milyardlarla il əvvəl çay deltasının və gölün yerləşdiyi Jezero kraterində tədqiq edib. Alimlərin fikrincə, burada Marsda bir zamanlar mövcud olmuş mikrob həyatının mümkün izləri qorunub saxlanmış ola bilər, çünki həmin dövrdə planetin səthində maye halında su olub. Tədqiqatçılar hesab edirlər ki, bu və Marsdakı digər oxşar süxurların gələcəkdə daha dərindən araşdırılması Qırmızı planetin əsas sirrlərindən birini - Marsın keçmişdə yaşama uyğun bir dünya olub-olmadığını - açmağa kömək edə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 İyul 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1429

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see709

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see558

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see480

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see470

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see459

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see446

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see412

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see350

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see315

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see302

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see297

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see292

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see287

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see284

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see269

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see266

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see266

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see265
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri