Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Marsda qədim həyatın izləri tapılıb

Marsda qədim həyatın izləri tapılıb

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


"Curiosity" gəmisi Marsda qədim həyatın mümkün izlərini aşkar edib.
Reyting.az
xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmos İdarəsindən (NASA) bildiriblər.
NASA-nın tədqiqat qrupunun məlumatına görə, onlar Marsda həyatın yaranması ilə əlaqəli olan ən əsas komponentlərdən birini, yağ turşularının fraqmentləri ola biləcəyi güman edilən molekullar tapıblar. Tədqiqatçıların sözlərinə görə, bu üzvi birləşmələr Marsda axtarışlar aparan "Curiosity" kosmik robot gəmisi tərəfindən "Cumberland" adlanan süxur nümunəsinin təkrar təhlili zamanı aşkar edilib.
Qeyd olunur ki, bu yeni, nadir nümunə, Marsdakı Qeyl kraterində götürülüb.

Alimlərin söylədiklərinə görə, onlar uzun müddətdir ki, Marsda fəaliyyət göstərən "Marsda Nümunə Təhlili" laboratoriyası (Sample Analysis at Mars) vasitəsilə artıq üç molekulu müəyyənləşdiriblər: dekanı, undekanı və dodekanı. Elm adamlarının fikrincə, həmin molekullar 10–12 karbon atomu ehtiva edir. Ehtimala görə, Yer planetində ilk hüceyrə membranlarının formalaşmasında həyati rol oynayan yağ turşularının qalıqlarıdır. Alimlərin izahına görə, yağ turşuları həm bioloji proseslər, həm də geokimyəvi reaksiyalardır ki, bu da əsasən su ilə mineralların hidrotermal mənbələrdə qarşılıqlı təsiri nəticəsində əmələ gələ bilər.
Tapılmış molekulların mənşəyi hələ dəqiq müəyyən edilməyib, lakin bütün bunlarla yanaşı onların mövcudluğu elmi tədqiqat baxımından artıq böyük maraq doğurur. Bu yeni tədqiqatın əsas müəllifi, Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin əməkdaşı olan Karolin Freysin deyib:
"Araşdırmamız göstərir ki, indiyədək əldə edə bilmədiyimiz yeniliyə daha yaxınıq. Biz Marsdan alınmış nümunələri analiz etməklə, biləcəyik ki, əgər orada bir zamanlar həyat olubsa, onun kimyəvi izlərini bu gün belə aşkarlaya bilərik. Bu, həm də qədim göldə orqanik maddələrin tədqiq edilməsi deməkdir".
Xatırladaq ki, "Curiosity" kosmik Mars roveri bu süxuru ilk dəfə 2013-cü ildə aşkar etmişdi. Daha sonra isə "Sarıbıçaq körfəzi" (Yellowknife Bay) adlanan ərazidə qazıntılar aparanda yeni mənbələr üzə çıxmışdı. Məhz buna görə də geoloqlar belə hesab edirlər ki, bu yer milyonlarla il əvvəl mövcud olmuş bir gölün dibidir.
Mütəxəssislər iddia edirlər ki, bu ərazidə daha əvvəl gil mineralları, nitratlar, hətta metan da aşkarlanıb və bunların hamısı Yer üzündə bioloji proseslərdə mühüm rol oynayıb, deməli, söhbət canlı həyat izlərindən gedir.
NASA Goddard Kosmik Uçuş Mərkəzinin əməkdaşı Daniel Glevin də Marsda qədim dövrlərdə canlı həyatın, ola bilsin, hətta insanların yaşadığını düşünən, tamamilə buna inanan elm adamlarından biridir. O, bununla bağlı maraqlı açıqlama verib:
"Bizdə sübutlar var ki, Qeyl kraterində milyonlarla illər ərzində maye halda su olub. Bəlkə daha qədim və çox uzun bir müddət".
Bu cür maraqlı ehtimallar, elmi faktlar isə bir daha Qeyl kraterini Mars planetində tam mümkün görünə bilən bir həyatın "beşiyi" kimi ən əsas namizədə çevirir. Yeni molekullar aminoturşuların aşkarlanması məqsədilə keçirilən elmi eksperiment zamanı ortaya çıxıb. Alimlər həmin molekulların yağ turşularının - məsələn, undekan turşusu, dodekan turşusu və tridekan turşusunun parçalanması nəticəsində əmələ gəldiyini düşünürlər.
İrəli sürülən bu fərziyyəni yoxlamaq üçün tədqiqatçılar qrupu Yerdə laboratoriya təcrübəsi aparıblar və undekan turşusu Marsa bənzər gillərin iştirakı ilə qızdırılıb. Nəticədə tezliklə dekan molekulunun əmələ gəldiyi müşahidə olunub. Beləliklə, məlum olub ki, ehtimallar əsassız deyil və bütün bunlar Mars planetindən tapılmış molekulların daha iri, qədim "əcdadları" ilə əlaqəsini sübut edir. Alimlərin fikrincə, bu "əcdadlar" digər məxluqlar yox, məhz insan növü ola bilər.

Qırmızı planetdə uzun illərdir fəaliyyət göstərən "Marsda Nümunə Təhlili" daxili laboratoriyasının roveri hələlik daha çox yağ turşularını aşkar etməsə də, onların fraqmentlərinin mövcudluğu gələcəkdə NASA-nın növbəti mərhələyə – Marsdan Yer kürəsinə yeni süxur nümunələrinin gətirilməsi planına yol açır.
"Biz Marsdan nümunələrin gətirilməsi ilə bağlı növbəti ən önəmli addımlar atmağa hazırıq. Bu isə Qırmızı planetdə həyatın olub-olmadığı ilə bağlı mübahisəyə son qoymağa kömək edə bilər",- deyə D. Qlevin əlavə edib.
Bu kəşf Marsda, ekstremal radiasiya, eyni zamanda oksidləşdirici şəraitin olmasına baxmayaraq, elmi nöqteyi-nəzərdən üzvi molekulların milyonlarla il ərzində yaxşı qoruna biləcəyinə dair inamı gücləndirir.
Tədqiqatçılar bildiriblər ki, bir çox elm adamlarının ehtimal etdiyi kimi, Marsda bir vaxtlar həyat olubsa, o zaman belə molekullar onun səssiz şahidlərinə - qədim süxurlarda saxlanmış biosiqnallara çevrilə bilər.
Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://reyting.az
archiveBu xəbər 02 Avqust 2025 03:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri