Marta Kos: “Avropa Ermənistanın Aİ üzvü olmaq cəhdini dəstəkləyəcək”
Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Avropa regiondakı geosiyasi dinamikadan xəbərdardır və onları yaxından izləyəcək”
“Avropa siyasi icmasının görüşü, eləcə də Aİ-Ermənistan sammiti onların İrəvanın hansı yolu seçmək istədiklərini göstərdi və Avropa onları dəstəkləyəcək”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos Ermənistanın Avropaya inteqrasiyası ilə bağlı son açıqlamaları şərh edərkən deyib.
O əlavə edib ki, “Avropa regiondakı geosiyasi dinamikadan xəbərdardır və onları yaxından izləyəcək”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Ermənistanın Aİ-yə qoşulmaq planlarını növbəti Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammitində müzakirə etməyi təklif etdiyini açıqlayıb.
Aprelin 1-də Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə Putin qeyd edib ki, eyni vaxtda Aİ və Aİİ ilə Gömrük İttifaqında olmaq mümkün deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 11 May 2026 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















