Icma.az
close
up
RU
Martin Haybel: Dəniz səviyyəsinin qalxmasına görə Aralıq dənizi əhalisinin 42%i təhlükə altındadır

Martin Haybel: Dəniz səviyyəsinin qalxmasına görə Aralıq dənizi əhalisinin 42%i təhlükə altındadır

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Aralıq dənizi regionu iqlim dəyişikliyinə görə dünyanın ən həssas bölgələrindən biri kimi tanınır".

Bu barədə Oxu.Az-a "Interreg NextMed" proqramının kommunikasiyalar üzrə meneceri Martin Haybel məlumat verib.

Onun sözlərinə görə, Aralıq dənizində temperatur planet üzrə orta göstəricidən 20% daha sürətlə yüksəlir. Bu, insanların həyatını itirməsinə səbəb olan və infrastruktura ziyan vuran istilik, quraqlıq və daşqınlar dalğaları kimi ekstremal hava hadisələrinin sürətlənməsinə gətirib çıxarır. İqlim dəyişikliyi, həmçinin kənd təsərrüfatına da təsir edir və bölgədəki milyonlarla insanın dolanışıq vasitələrini təhlükə altına qoyur.

"Şərtlər dəyişir, hava dəyişir. Deməli, həyat tərzimiz də inkişaf etməlidir və biz bu dəyişən şərtlərə uyğunlaşa bilməliyik", - Haybel vurğulayıb.

O əlavə edib ki, dəniz səviyyəsinin yüksəlməsi xüsusilə narahatlıq doğurur, çünki Aralıq dənizi əhalisinin 42%-nin sahil zonasında yaşayır. Mütəxəssislər bizi 50 ildən sonra yarana biləcək vəziyyətə indidən hazırlaşmağa çağırırlar.

Qlobal Cənub ölkələri iqlim ambisiyalarını gücləndirir

Martin Haybel hesab edir ki, BMT-nin COP29 iqlim konfransı xüsusilə Qlobal Cənub ölkələri üçün geniş iqlim dəyişikliyi məqsədlərinə böyük təkan verəcək.

"Onlar, məsələn, Qərb ölkələrindən fərqli mövqedən başlayırlar. Amma düşünürəm ki, onlar mədən yanacaqlarından bərpaolunan enerji mənbələrinə keçidi sürətləndirmək üçün mümkün olan hər şeyi edirlər", - ekspert qeyd edib.

Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrin 50 il ərzində əldə etdikləri nailiyyətləri 10 ildə əldə etməyi tələb etmək olmaz. Haybel qeyd edib ki, Qlobal Cənub ölkələri iqlim dəyişikliyi ilə bağlı tədbirlər görməyə hazırdır.

Aİ iqlim neytrallığına çalışır

"Avropa İttifaqı Yaşıl Sövdələşmə strategiyasının bir hissəsi olaraq 2050-ci ilə qədər iqlimə zərərsiz olan ilk qitə olmaq kimi qarşısına iddialı bir məqsəd qoyub.

Aİ iqlim dəyişikliyi ilə mübarizədə birgə irəliləmək üçün Aralıq dənizinin o tayındakı ölkələri bu prosesə cəlb etməyi hədəfləyir. Aralıq dənizində regional əməkdaşlığı təşviq etmək üçün Aİ tərəfindən maliyyələşdirilən ən böyük təşəbbüs olan "Interreg NextMed" proqramı bu məqsədə çatmaqda mühüm rol oynayır", - Martin Haybel yekunlaşdırıb.

Rufina Abdullayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Noyabr 2024 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri