Martin Knejeviç: “Birlik nümayiş etdirdik və qələbə qazandıq”
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Gəncə”nin baş məşqçisi Martin Knejeviç Azərbaycan Basketbol Liqasının ilk turunda “Ordu” üzərində 92:90 hesablı qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis komandasının çıxışından və azarkeşlərin dəstəyindən məmnun olduğunu bildirib:
“Bu gün komandamızla çox fəxr etdim və ümid edirəm ki, şəhərimiz də bununla qürur duydu. Azarkeşlərimiz bizə həqiqətən böyük dəstək oldular. Bu gün onlar səhvlərə baxmayaraq hücum etməkdən əl çəkməyən və hər zaman növbəti epizoda köklənən bir komanda gördülər”.
Knejeviç ilk hissənin komanda üçün uğurlu alınmadığını, lakin fasilədən sonra birlik nümayiş etdirərək qələbə qazandıqlarını vurğulayıb. Baş məşqçi diqqəti artıq qarşıdakı Avropa Kuboku matçına yönəltdiklərini də qeyd edib:
“İlk hissə bizim üçün o qədər də yaxşı keçmədi, lakin birlik nümayiş etdirdik və ikinci hissədə qələbə qazandıq. İndi isə artıq İstanbulda “Esenler Erokspor”a qarşı keçirəcəyimiz ilk Avropa Kuboku oyununa köklənirik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 03 Oktyabr 2026 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















