Martines İnter in futbolçusuna tüpürdüyünü etiraf etdi: O, düz qulağıma qışqırdı
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında məhsuldar bərabərliyə razılaşdığı (3:3) "İnter"ə cavab qarşılaşmasında 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandıran "Barselona"nın müdafiəçisi İnyiqo Martines Milandakı görüşdə rəqib futbolçu Françesko Açerbiyə tüpürdüyünü təsdiqləyib.
Fanat.Az xəbər verir ki, Martinesin sözlərini "FOX Sports" belə çatdırıb:
"O, 2:0 hesabı ilə öndə olduqları zaman düz qulağıma qışqırdı. Düzdür, lazımsız reaksiya verdim, amma onun üstünə tüpürcək düşmədi. Düşsəydi, hakim məni meydandan qovardı".
Xatırladaq ki, "İnter" finalda PSJ - "Arsenal" cütünün qalibi ilə üz-üzə gələcək. İngiltərədə baş tutan ilk qarşılaşma Paris təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Tərəflərin cavab oyunu bu gün keçiriləcək.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 07 May 2025 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















