Icma.az
close
up
RU
Martines Özbəkistanla oyundan ehtiyat edir

Martines Özbəkistanla oyundan ehtiyat edir

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines DÇ-2026-nın qrup mərhələsində Özbəkistana qarşı keçirəcəkləri oyun barədə danışıb.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis rəqibin yaxşı təşkilatlanmış komanda olduğunu bildirib. O, Özbəkistanın müdafiədə nizamlı oynadığını və bu səbəbdən Portuqaliyanı çətin qarşılaşma gözlədiyini deyib.

“Özbəkistan tamamilə fərqli komandadır. Onların çox yaxşı müdafiə strukturu və dəqiq oyun planı var. Baş məşqçiləri dünya çempionatları səviyyəsində böyük təcrübəyə malikdir. Buna görə bizi tam fərqli matç gözləyir”, - deyə Martines bildirib.

Portuqaliya millisinin çalışdırıcısı komandasının topla necə davranmalı olduğunu dəqiq anlamasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, portuqaliyalılar taktiki üstünlük yaratmalı, boş zonaları tapmalı və təkbətək epizodlardan istifadə etməlidirlər.

Martines hücum xəttinin zəif olması fikri ilə razılaşmadığını da bildirib. O, Portuqaliyanın son oyunlarda qol sayı, topa nəzarət və rəqib meydanının son üçdəbirinə çıxış baxımından tarixinin ən yaxşı göstəricilərindən birini nümayiş etdirdiyini vurğulayıb.

“Buna görə hücumu komandamızın zəif tərəfi hesab etmirəm. Sadəcə ilk matçda çox emosional faktor var idi. Bu səbəbdən oyunumuz istədiyimiz nəticəni vermədi. İkinci qolu vura bilmədik və meydanın son üçdəbirində kifayət qədər imkan yarada bilmədik”, - deyə o əlavə edib.

Qeyd edək ki, Özbəkistan millisinə İtaliya futbolunun tanınmış simalarından olan Fabio Kannavaro rəhbərlik edir. O, futbolçu kimi 2006-cı ildə İtaliya millisi ilə dünya çempionu olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 İyun 2026 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri