Icma.az
close
up
RU
Masallı Rayon Mərkəzi Xəstəxanasında ölüm iddialarına rəsmi cavab

Masallı Rayon Mərkəzi Xəstəxanasında ölüm iddialarına rəsmi cavab

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Masallı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində xəstələrə göstərilən tibbi yardımın keyfiyyəti ilə bağlı bir sıra iddialar irəli sürülüb. İddialara görə, son bir il ərzində Reanimasiya şöbəsində ölüm hallarının sayı artıb, bəzi xəstələr süni tənəffüs aparatına gec qoşulub, intubasiya prosedurları isə tibbi standartlara uyğun aparılmayıb.

Məsələ ilə bağlı Masallı Rayon Mərkəzi Xəstəxanasına rəsmi sorğu ünvanladıq.

Xəstəxanadan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar araşdırılıb və bir sıra hallarda onların reallığı əks etdirmədiyi müəyyən olunub.

Məlumatda qeyd edilib ki, 2025-ci ilin ötən dövrü ərzində Masallı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə ümumilikdə 759 xəstə qəbul edilib, 75 ölüm faktı qeydə alınıb:

"Sözügedən göstərici təxminən 9,9 faiz təşkil edir. Bu isə beynəlxalq tibbi ədəbiyyatda ümumi profilli reanimasiya şöbələri üçün qəbul edilmiş orta statistik göstəricilərdən aşağıdır. Qeyd edilməlidir ki, reanimasiya şöbəsinə qəbul edilən pasiyentlər əsasən ağır, həyati təhlükəli və kritik klinik vəziyyətdə olan xəstələrdir. Bu səbəbdən ölüm halları bu şöbələrin fəaliyyətində tibbi baxımdan qaçılmaz hesab olunur.

Masallı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində aparılan bütün tibbi müdaxilələr, o cümlədən süni tənəffüs aparatına qoşulma (intubasiya) prosedurları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş klinik protokollara və beynəlxalq tibbi yanaşmalara uyğun şəkildə həyata keçirilir. Hər bir pasiyent üzrə müalicə taktikası xəstənin klinik vəziyyəti və həyati göstəriciləri nəzərə alınmaqla ixtisaslı həkimlərdən ibarət konsilium tərəfindən müəyyən edilir".

Açıqlamada xəstələrin yalnız huşunu tam itirdikdən sonra intubasiya edilməsi ilə bağlı yayılan iddiaların tibbi praktikaya və klinik reallığa uyğun olmadığı vurğulanıb:

"İntubasiya qərarı huşun itirilməsi faktına əsasən deyil, tənəffüs çatışmazlığı, oksigenləşmə göstəriciləri və digər klinik parametrlər əsasında qəbul olunur".

Bildirilib ki, müəssisədə baş vermiş hər bir ölüm faktı barədə məlumat qanunvericiliyin tələblərinə uyğun olaraq hüquq-mühafizə orqanlarına təqdim edilib. İki ölüm faktı üzrə cinayət işi başlanıb, onlardan biri üzrə yekun məhkəmə qərarı qəbul edilib. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı icra olunması üçün Masallı RMX-yə daxil olduqdan sonra Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Digər ölüm faktı üzrə isə prokurorluq orqanı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib. Prokurorluğun təqdimatı əsasında işəgötürən tərəfindən aidiyyəti tibb işçiləri barəsində əmək və icra intizamı qaydasında məsuliyyət tədbirləri görülüb. Qeyd olunub ki, bu faktlar Masallı RMX PHŞ-nin fəaliyyətində şəffaflıq prinsipinə əməl etdiyini və hər bir hadisəyə hüquqi müstəvidə qiymət verildiyini göstərir.

Açıqlamada həmçinin vurğulanıb ki, TƏBİB-in daxili nəzarət mexanizmləri çərçivəsində 2025-ci il ərzində Masallı Rayon Mərkəzi Xəstəxanasında bir neçə dəfə planlı və növbədənkənar yoxlamalar aparılıb:

"Yoxlamalar zamanı aşkar edilmiş texniki və təşkilati xarakterli çatışmazlıqların aradan qaldırılması məqsədilə xəstəxana rəhbərliyi tərəfindən operativ tədbirlər görülüb və bu barədə aidiyyəti qurumlara rəsmi məlumatlar təqdim edilib. Reanimasiya şöbəsində pasiyentlərin həyatına birbaşa təhlükə yaradan sistemli pozuntu faktı aşkar edilməyib.

Masallı Rayon Mərkəzi Xəstəxanası bəyan edir ki, tibbi xidmətlərin göstərilməsi zamanı pasiyent təhlükəsizliyi, klinik protokollara riayət və şəffaflıq prinsipləri əsas prioritet olaraq qalır".

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Yanvar 2026 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri