Masallı Rayon Mərkəzi Xəstəxanasında üçəm dünyaya gəldi FOTO
Icma.az xəbər verir, Medicina saytına əsaslanaraq.
Masallı Rayon Mərkəzi Xəstəxanasında üçəmlərin doğuş prosesi uğurla icra olunub.
Medicina.az xəbər verir ki, tibb müəssisəsinə müraciət edən 1996-cı il təvəllüdlü hamilə qadın 24.01.2026-cı il tarixində tibb müəssisəsinin Doğum və ginekologiya şöbəsinə yerləşdirilib.
Pasiyent üzərində qeysəriyyə əməliyyatı həkim-mama-ginekoloqlar Təhminə Bəndəliyeva və Cahan Mustafayevanın iştirakı ilə icra olunub. Üçəmlərin çəkiləri müvafiq olaraq 2, 2.5 və 2.3 kq., boyları isə 48, 48 və 47 sm. olub.
Hazırda ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarətindədir.
Qeyd edək ki, 1996-cı il təvəllüdlü qadının üçəmlərə qədər iki oğlan övladı olub.
Bu mövzuda digər xəbərlər:Masallı Rayon Mərkəzi Xəstəxanasında ölüm iddialarına rəsmi cavab
05 Yanvar 2026 19:31
Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ÖLÜM
14 Noyabr 2024 09:46
Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat FOTO
23 Yanvar 2025 20:41
İsmayıllı Rayon Mərkəzi xəstəxanasında insan İZDİHAMI
27 Avqust 2025 00:54
Baxış sayı:62
Bu xəbər 29 Yanvar 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















