Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Masallı, 5 oktyabr, AZƏRTAC
Masallı Olimpiya Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turnirinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 3-4-də iki gün davam edən yarışda 2010-2012-ci il təvəllüdlü (U-17) yeniyetmə güləşçilər 15 çəki dərəcəsində mübarizə aparıblar.
Dünya Güləş Birliyinin təsdiqlədiyi qaydalar əsasında keçirilən yarış Azərbaycan Güləş Federasiyasının hakimlər heyəti tərəfindən idarə olunub. Turnirdə respublikanın müxtəlif rayon və şəhərlərindən 22 komandanın tərkibində 300 idmançı iştirak edib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışın yekun nəticələrinə əsasən, komanda hesabında Masallı birinci, Sumqayıt ikinci, Göyçay kollektivi isə üçüncü yeri tutub.
Yarışda fərqlənən idmançılar təşkilat komitəsi və sponsorlar tərəfindən diplom, medal və pul mükafatları ilə təltif ediliblər.
Müxbir- İlkin Adıyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 05 Oktyabr 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















