Masallıda sex yandı
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Masallıda sexdə yanğın olub.
"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Masallı şəhəri, İntiqam Əsgərli küçəsində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 420kv.m. olan plastik qapı-pəncərə və qaynaq sexində baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sexin içərisində plastik materiallar 20kv.m. sahədə və lambirdən ibarət tavanı 20kv.m. sahədə yanıb.
Sexin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Baxış sayı:101
Bu xəbər 22 May 2025 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















