Icma.az
close
up
RU
Britaniyada Qarabağ atlarının qatıldığı “Vindzor Kral Atçılıq Şousu” başa çatıb FOTO

Britaniyada Qarabağ atlarının qatıldığı “Vindzor Kral Atçılıq Şousu” başa çatıb FOTO

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral Ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq hər il təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” uğurla başa çatıb.

Bu barədə APA-ya Azərbaycan Respublikası Atçılıq Federasiyasından bildirilib.

Qeyd olunub ki, Prezidenti İlham Əliyevin yüksək diqqəti və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə milli sərvətimiz olan Qarabağ atlarının qorunması və dünya miqyasında tanıdılması sahəsində mühüm işlər görülmüş, əhəmiyyətli addımlar atılmışdır.

Görülmüş məqsədyönlü işlərdən biri də qədim və unikal mədəniyyətimizin təbliği üçün olduqca önəmli platformaya çevrilən və 2012-ci ildən etibarən ölkəmizin dəvət aldığı “Vindzor Kral Atçılıq Şousu”nda Azərbaycanın layiqincə tanıdılmasıdır. Nümayəndə heyətimizin hər il təqdim etdiyi bənzərsiz şou-proqramlar və performanslar bu möhtəşəm tədbirin əvəzolunmaz tərkib hissəsinə çevrilmişdir.

Heydər Əliyev Fondunun böyük dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının peşəkar təşkilatçılığı sayəsində Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı ölkəmizi “Vindzor Kral Atçılıq Şousu”nda növbəti dəfə uğurla təmsil etmiş, göstərdikləri performansları, qədim tariximizi və milli geyimlərimizi əks etdirən çıxışları ilə tamaşaçıların diqqətini cəlb etmiş, onların marağına səbəb olmuşdur.

Tədbir zamanı milli musiqi alətlərimizdə səslənən musiqilər, “Sərhədçi” rəqs ansamblının enerji dolu rəqsləri və Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində nümayiş etdirdiyi igidlik və cəsarət nümunələri Böyük Britaniya tamaşaçılarının böyük rəğbətini qazanmış, hər gün 20 dəqiqə davam edən şou müddətində süvarilərimiz yüksək peşəkarlığı və dəqiqliyi ilə seçilmişdir.

Tədbir çərçivəsində ölkəmizin zəngin mədəniyyətini əks etdirən iki dəyərli sənət nümunəsi də təqdim edilmiş, Heydər Əliyev Fondunun təşkil etdiyi Azərbaycan pavilyonu barədə qonaqlara verilən məlumatlar böyük maraqla qarşılanmışdır. Daha sonra tanınmış rəssam Elnur Mahmudovun əsəri Böyük Britaniya Kralı III Çarlza hədiyyə edilmiş, rəssam Aygün Nağıyevanın əl işi xalçası isə Edinburq hersoqu Şahzadə Edvarda təqdim olunmuşdur.

Tədbirin kulminasiya nöqtəsində “Land of Fire – Azerbaijan” polo komandası Böyük Britaniyanın Vindzor şəhərini təmsil edən “Guards” polo komandası üzərində 12:10 hesablı parlaq qələbə qazanmışdır.

Qarşılaşmanın sonunda Beynəlxalq Polo Federasiyasının prezidenti cənab Reto Gaudenzi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti cənab Elçin Quliyev arenada “Land of Fire – Azerbaijan” komandasını təbrik etmiş, bununla da mötəbər tədbir başa çatmışdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 May 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri