Masallıda daha iki sahibkar ifşa olundu Saxta alkoqollu içki əməliyyatı FOTOLAR
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Masallıda daha iki marketdə axta alkoqollu içkilərin satışını aşkar edib. Avtosfer.az xəbər verir ki, Masallı rayonunun Qızılağac kəndində fəaliyyət göstərən, Əhmədov Pərviz Ədalət oğluna və Abbasov Fərhad Zeynalabdin oğluna məxsus marketlərdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, marketlərdə “Gradus”, “Wheat Water”, “Документ”, “Сибирячка”, “Organic”, “Губернаторская”, “Мужское Достоинтсво” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb, məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir. Qeyd edək ki, bundan iki gün öncə Masallı rayonunun Qızılağac kəndində fəaliyyət göstərən, Abbasov Zakir Ramazan oğluna məxsus marketdə də saxta alkoqollu içkilər aşkarlanmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 17 Dekabr 2025 21:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















