Icma.az
close
up
RU
Rusiya Zəngəzuru Ermənistanın əlindən almaq istəyir: Qafqazda beş ölkə arasında savaş təhlükəsi artır

Rusiya Zəngəzuru Ermənistanın əlindən almaq istəyir: Qafqazda beş ölkə arasında savaş təhlükəsi artır

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paşinyan hakimiyyətinin nəqliyyat-kommunikasiya siyasəti artıq texniki məsələ deyil və bu, Ermənistanın “suverenlik testi”nə çevrilir, “Tramp marşrutu” ətrafında yaranmış qəliz situasiya rəsmi İrəvanın ölkə ərazisində belə, qərarvermə imkanlarının məhdudluğunu göstərir… Cənubi Qafqazda əsas oyunçular - Azərbaycan, Türkiyə, ABŞ, Rusiya və İran öz maraqlarını ön plana çəkmək imkanlarına malikdir, Ermənistan isə bu toqquşmada daha çox yekun nəticə ilə razılaşmaq məcburiyyətində olan tərəf rolunda çıxış edir…

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Cənubi Qafqaz yeni və inkişaf perspektivlərinin önünün açıldığı önəmli mərhələyə keçid etməkdədir. Belə ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanma ehtimalı hazırda kifayət qədər inandırıcı görüntülər almağa başlayıb. Bunun real nəticələri isə artıq tədricən özünü göstərməkdədir. Xüsusilə də, rəsmi Bakının Azərbaycan ərazisi üzərindən Ermənistana bəzi tranzit yüklərinin daşımasına icazə verməsi bu istiqamətdə olduqca böyük irəliləyiş hesab olunur. Və hətta rəsmi Bakının bu məsələdə prinsipial humanitar iradə nümayiş etdirməsindən məmnun qalan Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əlievə təşəkkürlərini də bəyan edib.

Onu da qeyd etmək lazımdır ki, son günlər Ermənistana taxıl partiyalarının Azərbaycan və Gürcüstan üzərindən növbəti tranziti ilə bağlı verilən açıqlamalar ilk baxışdan, sadəcə, sırf iqtisadi və texniki xarakter daşımış kimi görünür. Ancaq əslində, bu, Cənubi Qafqaz regionunda formalaşmaqda olan yeni nəqliyyat-kommunikasiya düzəninin real siyasi mahiyyətini də açıq şəkildə üzə çıxarır. Və Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyanın bu barədə daha ehtiyatlı açıqlamaları isə rəsmi İrəvanın bu proseslərdə real qərarverici subyekt olmadığını da göstərir.

Məsələ ondadır ki, Ermənistanın taxıl kimi strateji məhsullar daşınması üzrə belə tranzit marşrutları üçün Azərbaycan ərazisinə möhtac qalması postmünaqişə dövründə regional reallıqların artıq dəyişməkdə olduğunu təsdiqləyir. Bu, bir tərəfdən, Azərbaycanın Cənubi Qafqaz regionunda əsas logistika mərkəzinə çevrildiyini, digər tərəfdən isə Ermənistanın seçə biləcəyi alternativ marşrutların da son dərəcə məhdud olduğunu göstərir. Eyni ehtiyatlılıq Gevork Papoyanın Azərbaycandan neft məhsullarının mümkün tədarükü ilə bağlı mövqeyində də özünü biruzə verir. Rəsmi İrəvan yalnız belə tranzit əməliyyatları ilə bağlı yüklərin Ermənistana faktiki olaraq, çatdırılmasından sonra məlumat verilməsini üstün tutur. Və bu isə Paşinyan hakimiyyətinin uğursuzluq variantı üçün ictimai-siyasi məsuliyyətdən yayınma, ölkədaxili auditoriya ilə bağlı risklərin minimallaşdırılma cəhdidir.

Maraqlıdır ki, Cənubi Qafqaz üzərində əsas geopolitik düyünlər və ziddiyyətlər isə məhz TRIPP nəqliyyat-kommunikasiya layihəsi ətrafında cəmləşib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mixail Kaluqinin bu barədə son açıq mesajı bunu təsdiqləyir. Belə ki, rus diplomat Rusiyanın iştirakı olmadan bu layihənin reallaşmasının mümkün olmadığını vurğulayıb. Və onun ön plana çəkməyə çalışdığı əsas arqumentlər isə kifayət qədər konkret və texniki xarakter daşıyır.

Belə ki, rus diplomat Ermənistan dəmir yollarının RJD-nin törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolu”nun mülkiyyətində olduğunu xatırladıb. O, bildirib ki, bu regionda Rusiya dəmir yolu rels standartlarından istifadə edilir, “Tramp marşrutu”nun keçəcəyi Ermənistan ərazisi Rusiya sərhədçilərinin məsuliyyət zonasına daxildir, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür və bu, hüquqi-siyasi məhdudiyyətlər yaradır. Başqa sözlə, nəqliyyat-kommunikasiya xəritəsi faktiki olaraq, Ermənistan ərazisindən keçsə də, idarəetmə sistemi, təhlükəsizlik və ümumi standartlar Rusiyanın nəzarətindədir.

Məsələnin ən ziddiyyətli tərəfi isə Zəngəzur dəhlizinin istiqaməti ilə bağlıdır. Belə ki, rəsmi İrəvan bu dəhlizi məhz “Tramp marşrutu” kontekstində ABŞ-a “geopolitik capital” kimi təqdim edib. Ancaq indi Kreml rəsmi İrəvanın önünə Zəngəzur dəhlizinin keçəcəyi 42 kilometrlik ərazinin bundan sonra kimin – Rusiyanın, yoxsa, ABŞ-ın nəzarətində olacağı ilə bağlı “fundamental suallar paketi” qoymağa çalışır. Ancaq Paşinyan hakimiyyəti hələlik bu “suallar paketi”ni cavablandırmaqda çətinlik çəkir.

Çünki Kreml dolayısı ilə eyham vurur ki, rəsmi İrəvan faktiki olaraq, Ermənistanın tam nəzarət etmədiyi bir infrastrukturu “sata” və ya başqasına “vəd edə” bilməz. Nəticədə, ABŞ-Rusiya qarşıdurmasında Ermənistan tədricən sadəcə, qalibin mövqeyini qəbul etmək üçün kənarda gözləyən tərəfə çevrilməyə başlayıb. Və məhz buna görə də, Kreml indi bütün bu məsələləri rəsmi İrəvanla “xüsusi məsləhətləşmələr” apararaq, aydınlaşdırmaq əvəzinə Zəngəzur dəhlizi ətrafında yaranmış situasiyanı daha qəlizləşdirməyə üstünlük verir.

Təbii ki, Azərbaycan ABŞ və Rusiyanın Ermənistan üzərindəki qarşıdurmasında praqmatik mövqe tutmaqla diqqəti çəkir. Çünki indiki situasiyada Azərbaycan Cənubi Qafqazda şəriksiz iradə sahibi və “Tramp marşrutu” layihəsində xüsusi çəkisi olan iştirakçıdır. Bu baxımdan, rəsmi Bakı üçün hazırda əsas prioritet siyasi-ideoloji deyil, məhz “Tramp marşrutu”nun reallaşması ilə bağlı funksional nəticədir. Yəni, “Tramp marşrutu”na kimin nəzarət edəcəyi böyük önəm daşısa da, rəsmi Bakı üçün bu, istənilən halda, ikinci dərəcəlidir. Yəni, seçim qarşısında qalınarsa, Azərbaycan üçün ABŞ faktoruna üstünlük verilməsi daha rasional variantdır. Çünki Rusiyanın bu marşrut vasitəsilə regionda əlavə təsir mexanizmi qazanması Cənubi Qafqaz ölkələri üçün sərfəli deyil.

Digər tərəfdən, İranın da bu məsələdə Rusiya ilə ortaq mövqedən çıxış etdiyi, ABŞ-ın Ermənistan üzərindən Cənubi Qafqaza yerləşmə prosesindən narahatlığını artıq gizlədilmədiyi müşahidə olunur. Rəsmi Tehran “Tramp marşrutu”nu İranın maraqlarına zidd hesab edir. Bu baxımdan, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanın “İranla maraqlarımız üst-üstə düşür” açıqlaması isə daha çox rəsmi İrəvanın siyasi-diplomatik balans cəhdi təsiri bağışlayır. Çünki praktik olaraq, “Tramp marşrutu” və onun kimi regional layihələr İranın Cənubi Qafqazda tranzit ölkə rolunu zəiflətmək potensialına malikdir.

Ona görə də, bütün bu ziddiyyətlərin kəsişmə nöqtəsində Ermənistanın ən əsas problemi ortaya çıxmış olur. Belə ki, Ermənistan hazırda Zəngəzur dəhlizi ilə bağlı tamhüquqlu subyektdən daha çox sadəcə, “geopolitik obyekt” kimi davranmaq məcburiyyətində qalıb. Yəni, hazırda Paşinyan hakimiyyətinin Ermənistan dəmir yolları üzərindəki RJD-nin dövlət mülkiyyətini ləğv etmək üçün siyasi iradəsi ola bilər. Ancaq bunun nəticəsində yaranacaq Kremlin iqtisadi təzyiqlərinə, olduqca ciddi təhlükəsizlik risklərinə, eləcə də, Rusiya ilə açıq qarşıdurmaya tab gətirmə şansları ümidverici görünmür. Və belə vəziyyətdə ABŞ-ın Ermənistana həlledici dəstəyi verib-verməyəcəyi də hazırda cavabsız sual olaraq, qalır.

Göründüyü kimi, rəsmi İrəvanın nəqliyyat-kommunikasiya və tranzit siyasəti artıq texniki məsələ deyil və bu, Ermənistanın suverenlik testinə çevrilib. Yəni, “Tramp marşrutu” və digər tranzit razılaşmaları rəsmi İrəvanın Ermənistan ərazisində belə, qərarvermə imkanlarının məhdud olduğunu üzə çıxarır. Cənubi Qafqazda əsas oyunçular - Azərbaycan, Türkiyə, ABŞ, Rusiya və İran öz maraqlarını ön plana çəkmək imkanlarına malikdir. Ermənistan isə bu toqquşmada daha çox yekun nəticə ilə razılaşmaq məcburiyyətində olan tərəf rolunda çıxış edir. Və bu reallıq xüsusilə də, Rusiya-İran tandeminə münasibətdə dəyişmədiyi müddətcə, Ermənistanın “bərabərlik və qarşılıqlılıq” ritorikası geopoliktik praktikada elə bir ciddi əhəmiyyət daşıya bilməz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Dekabr 2025 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see211

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see198

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see194

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see181

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see150

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see139

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri