Icma.az
close
up
RU
Masallıda meyvə tərəvəzçiliyə geniş meydan açılır

Masallıda meyvə tərəvəzçiliyə geniş meydan açılır

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Son illər Masallıda aqrar sahənin intensiv inkişafına xüsusi diqqət yetirilir. Dövlət qayğısının nəticəsidir ki, rayonda kənd təsərrüfatı məhsullarının istehsalında artım nəzərə çarpır. Xüsusilə çayçılığın, sitrus meyvəçiliyinin və çiyələkçiliyin  inkişafında yüksək nəticələr əldə olunub.  Bunu statistik rəqəmlərdən də görmək olur. Rayonda 92 hektar çay sahəsi mövcuddur. Bunun 50 hektarını məhsuldar sahələr təşkil edir. 2023-cü illə müqayisədə yaşıl çay tədarükü 2 dəfə artırılaraq 48,4 tona çatdırılıb. Sitrus əkinləri də 2022-ci ilə nisbətən 75,4 hektar artırılıb. Cari ildə bağlardan 406 ton məhsul yığılıb. 
Son dövrdə rayonda çiyələkçilik gəlirli, yüksək əmək tutumlu sahəyə çevrilib. Plantasiyaların sahəsi 250,2 hektardan 371,2 hektara çatdırılıb. Bu il sahələrdən rekord səviyyədə – 8883,2 ton məhsul yığılıb. 
Bəs, bu gün rayonun fermerləri, məhsul istehsalçıları hansı qayğılarla yaşayır? Nə kimi çətinlikləri var? Aqrar sahənin inkişafının nümunəvi ünvanlarından olan “Baba Bulağı” MMC-də rayonda çayçılıq, sitrusçuluq, çiyələkçilik və meyvəçiliyin inkişafına həsr edilmiş müşavirədə bu və digər suallar geniş müzakirə edilib, qarşıya konkret vəzifələr qoyulub. 
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tədbir iştirakçılarını salamlayaraq qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi, yerli istehsalın artırılması və əhalinin məşğulluq səviyyəsinin artırılmasını aqrar siyasətin prioritet istiqamətləri kimi səciyyələndirib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr edilmiş müşavirədə dövlətimizin başçısının geniş və əhatəli nitqində və “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda çox mühüm vəzifələrin irəli sürüldüyünü diqqətə çatdırıb. 
İyul ayında Masallı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Dövlət Proqramının rayonda icrası ilə əlaqədar müvafiq komissiya yaradılıb və tədbirlər planı hazırlanıb. Fermer və sahibkarlarla 3 dəfə görüş keçirilib. Onların potensial imkanları, perspektiv planları ətraflı təhlil olunub. 
2030-cu ilə kimi 34 sahibkar tərəfindən könüllü olaraq aqrar sahənin inkişafına 42 milyon manat sərmayə  qoyulması qərara alınıb. Əlbəttə, kənd təsərrüfatı məhsullarının istehsalının və keyfiyyətinin artırılması, sonradan emalının təşkili bir neçə fermerin işi deyil, bu işlək, işgüzar bir komandanın işidir. Birləşərək əkin sahələrini genişləndirmək, istehsalı və ixrac potensialını artırmaq qarşıda duran ən mühüm vəzifələrdən biridir.
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev rayonda çayçılığın, sitrusçuluğun və çiyələkçiliyin inkişafı sahəsində görülmüş işlər haqqında ətraflı söhbət açıb. Qeyd edib ki, rayonun məhsuldar torpaqları, iqlim şəraiti və dövlət dəstəyi  çayçılığın inkişafı üçün geniş imkanlar yaradır. Görülmüş tədbirlər nəticəsində yaşıl çay yarpağı tədarükündə müsbət dinamika müşahidə olunur. Çay sahələri ildən-ilə genişləndirilir. Mahmudavar və Tüklə kəndlərində sahibkarlar tərəfindən sutkalıq gücü 3 və 1,5 ton olan çay emalı müəssisələri qurulub. Çayçılıqda yeni müəssislərin işə düşməsi məhsulun yerində emalına və iş yerlərinin açılmasına şərait yaradıb. 
Ailə təsərrüfatlarını, fermerləri çayçılığın inkişafına maraqlandırmaq, yeni çay sahələrinin salınmasına təşviq etmək məqsədilə müntəzəm maarifləndirici tədbirlər həyata keçirilir. 
Son illər dövlət dəstəyi hesabına sitrus bağlarının genişləndirilməsi istiqamətində xeyli iş görülüb. Son illərdə 192,3 hektar sahədə yeni intensiv sitrus bağları salınıb. Ağaclara aqrotexniki tələblərə uyğun qulluq göstərilir, müasir suvarma sistemi tətbiq olunur.
Meyvəçiliyin də inkişafı diqqət mərkəzindədir. Rayonda 3,65 hektar kivi, 8,68 hektar böyürtkən və moruq, 2,2 hektar mavigilə bağı salınıb. Gəlirli sahə olduğu üçün fermerlər meyvəçiliyin inkişafına daha çox maraq göstərirlər.
“Aqroservis” ASC-nin Masallı-Yardımlı rayon bölməsinin rəhbəri Hikmət Xəlilov fermerlərin mineral gübrələr, texnika və aqreqatlarla təmin edilməsində çətinliyin olmadığını bildirib. Yazlıq əkinlər üçün 280 ton gübrə ehtiyatının görüldüyünü qeyd edib. Həmçinin bölmə tərəfindən fermerlərin müraciətləri həssaslıqla dinlənilir və lazımi köməklik göstərilir. 
Gənc, bacarıqlı sahibkar xanım Zəmanə Babayeva-Cəfərzadə rəhbərlik etdyi “Baba Bulağı” MMC-nin fəaliyyəti, çayçılıq və sitrusçuluq sahəsində görülmüş işlər barədə məlumat verib. Qeyd edib ki, müəssisədə çayçılıq mərhələli şəkildə inkişaf etdirilir. Bu il 3 hektar sahədə 89 min 750 çay şitili əkilərək yeni plantasiya salınıb. 
Çay sahələri isə 10 hektara çatdırılıb. İl ərzində 10 ton yaşıl çay yarpağı yığılaraq müəssisəyə məxsus mini fabrikdə emal olunub. Quru çay 100 və 250 qramlıq qutularda qablaşdırılaraq alıcılara çatdırılır. Müəssisənin bundan əlavə 10 hektar sitrus bağı vardır. Qarşıdakı dövrdə bağların sahəsini 30 hektara çatdırmaq, müasir suvrama sistemini tətbiq edilməklə məhsuldarlığı artırmaq nəzərdə tutulub.   
Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Akif Həmidov,  “Hacı oğlu 2023” MMC-nin icraçı direktoru Allahyar Muradov, Tüklə kəndinin qabaqcıl fermeri Əbdül İsmayılov və başqaları aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, fermerlərin qayğı və çətinliklərindən danışıb, yeni, müasir soyuducu anbarların tikilməsinin vacibliyini qeyd ediblər.

Əlisəfa HƏSƏNOV, 
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2026 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri