Masallıda xeyriyyə aksiyası
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayan aztəminatlı ailələr üçün xeyriyyə aksiyası keçirilib.
"Ərkivan" Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyası “Şah Səfi” Mərasim evində baş tutub. Bayram əlval-ruhiyyəsində keçən tədbirdə qəsəbə sakinləri çıxış edərək təşkilatçılara və maddi dəstək göstərənlərə öz minnətdarlıqlarını bildirib, qarşıdan gələn 2025-ci ilin xalqımız üçün düşərli olmasını arzu ediblər.
Qəsəbə xeyriyyəçilərinin maddi dəstəyi ilə baş tutan humanitar aksiya zamanı hər birinin dəyəri 50 manat olan 115 ədəd sovqat bağlaması könüllülər tərəfindən aztəminatlı ailələrə çatdırılıb.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 30 Dekabr 2024 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















