Masazırda 4 maşın niyə yanıb külə döndü? Partlayış səsi gələndə...
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Abşeron rayonunun Masazır kəndində, Yeni Bakı yaşayış massivində dörd avtomobil yanıb.
Hadisə şahidlərinin sözlərinə görə, yanğın əvvəlcə "Mercedes" markalı avtomobildə başlayıb, daha sonra alov yaxınlıqda dayanan digər nəqliyyat vasitələrinə keçib.
Sakinlərdən biri hadisənin səhər saatlarında güclü partlayış səsinə bənzər səslə başladığını bildirib: "Bir səs gəldi, elə bildim raket atdılar. Bir də baxdım ki, maşınlar yanır".
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası cəlb olunub. Yanğın söndürülüb, alovun digər avtomobillərə keçməsinin qarşısı alınıb.
Hadisənin başvermə səbəbi araşdırılır.
Bu mövzuda digər xəbərlər:Masazırda maşın yanıb VİDEO
04 İyul 2026 14:32
Masazırda elektrik naqilində partlayış TƏHLÜKƏSİ
21 İyul 2025 22:56
Masazırda 4 avtomobil külə döndü: Hadisə şahidləri nələri danışdılar? VİDEO
10 Oktyabr 2026 17:26
Güclü partlayış: ev külə döndü!
23 Yanvar 2026 12:06
Masazırda maşın YANDI
09 Oktyabr 2026 20:08
Baxış sayı:115
Bu xəbər 10 Oktyabr 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















