Maşın bazarı nda etiraz edən sahibkarlara rəsmi cavab: Avtomobillərini parkinqdə saxlasınlar
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Babək prospektində fəaliyyət göstərən "Maşın bazarı"nda sahibkarların şəxsi avtomobillərini ərazidə saxlaması müştərilər üçün narahatlıq yaradır".
Bunu Oxu.Az-a bu gün maşın bazarında baş tutan etiraz aksiyasına münasibət bildirən obyektin nümayəndəsi İsa Məmmədov deyib.
O bildirib ki, problemin qarşısını almaq məqsədilə sahibkarlara avtomobillərini bazarın yaxınlığında yerləşən parkinqdə saxlamaları tövsiyə edilib:
"Sahibkarlara bildirmişik ki, şəxsi avtomobillərini bazar ərazisində deyil, 250 metr məsafədə yerləşən parkinqdə saxlasınlar. Burada heç bir etiraz olmayıb. Onlara izah etmişik ki, bu həm müştəri rahatlığı, həm də ümumi hərəkətə maneə yaranmaması baxımından vacibdir".
İsa Məmmədovun sözlərinə görə, bazar ərazisinə şəxsi avtomobillə daxil olmaq istəyən sahibkarlar üçün 5 manat ödəniş nəzərdə tutulub. Parkinqdə maşın saxlamaq isə daha münasib qiymətlərlə mümkündür.
Aləmdə Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 07 Aprel 2025 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















