Icma.az
close
up
RU
Maşına quraşdırılan “kolonka”lar yanğına səbəb ola bilər MÜTƏXƏSSİSDƏN XƏBƏRDARLIQ FOTO

Maşına quraşdırılan “kolonka”lar yanğına səbəb ola bilər MÜTƏXƏSSİSDƏN XƏBƏRDARLIQ FOTO

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illər avtomobillərə əlavə səsgücləndirici sistemlərin quraşdırılması tendensiyası artıb. Xüsusilə gənc sürücülər arasında populyarlaşan bu sistemlər, avtomobilin səsi ilə daha çox diqqət çəkmək məqsədi daşıyır. Lakin səsgücləndiricilər təkcə estetik və səs effektləri ilə kifayətlənmir, eyni zamanda həm avtomobilə, həm də ətraf mühitə ciddi zərərlər verə bilər.

Texniki baxımdan bu cür avadanlıqlar avtomobilin elektrik sistemini yükləyə, batareyanın ömrünü azalda və hətta avtomobilin daxili hissələrində titrəyişlərə, boşluqlara səbəb ola bilər. Bəzi hallarda səsgücləndirici sistemlərin düzgün quraşdırılmaması nəticəsində qısaqapanma və yanğın təhlükəsi də yaranır. Bundan əlavə, yüksək səslə fəaliyyət göstərən sistemlər ətraf mühitdə yaşayan insanlar üçün səs-küyə səbəb olur və ictimai narahatlıq yaradır. Bu səbəbdən də bir çox ölkədə bu cür səsgücləndiricilərin qadağan olunması və ya məhdudlaşdırılması üçün qanunvericilik tədbirləri görülür.

Bəs estetik və diqqət çəkmək məqsədilə quraşdırılan səsgücləndiricilər, əslində, nə dərəcədə təhlükəlidir və bu tendensiyanın qarşısını almaq üçün nə kimi addımlar atılmalıdır?

Mövzu ilə bağlı avtomobil mütəxəssisi Elçin Abbasov Avtosfer.az-a açıqlmasında bildirib ki, avtomobilə quraşdırılan istənilən avadanlıq avtomobilə problemlər yarada bilər:

.
“Bunun əsas məsələlərindən biri düzgün quraşdırmamaqdır. Əgər professional avadanlıqlar quraşdırılırsa və bu iş mütəxəssislər tərəfindən həyata keçirilirsə, bu halda avtomobildə problem olmamalıdır. Məsələ nədən ibarətdir? Birincisi, avtomobilin güc tələbatlarına uyğun olaraq ona qurğu quraşdırılmalıdır və həmin qurğulara əlavə güc verilməsi üçün avtomobildə əlavə tədbirlər görülməlidir.

Məsələn, bu səsgücləndiricilər və əlavə “kolonka” deyilən aşağı tezlikli dinamiklərin quraşdırılması zamanı görüləcək işlərdən biri avtomobilə əlavə akkumulyatorun qoyulmasıdır. Bundan əlavə, əgər generator az güc verirsə, bu halda daha güclüsündən istifadə olunmalıdır. Naqillər və qoruyucular buna uyğun olaraq seçilməlidir. Həmin qurğuların yerləşdiyi sahədə soyutma sistemi normal şəkildə təşkil edilməlidir. Əgər bu sistemlər havayla soyudulursa, bu mütləq təmin olunmalıdır ki, qurğular həddən artıq qızıb yanğına səbəb olmasınlar”.

Mütəxəssis əlavə olaraq qeyd edib ki, həmin qurğular elə quraşdırılmalıdır ki, vibrasiya nəticəsində avtomobildə onların metal hissələrində deformasiya yaranmasın və uzun müddət işləmək nəticəsində avtomobilin kuzovuna ziyan vurmasınlar:

“Bu qurğular sağlamlıq üçün də zərərlidir. Çünki aşağı tezliklər ürək-damar sisteminə və sinir sisteminə mənfi təsir göstərir. Digər tərəfdən, bunun bir də sosial tərəfi var. Əgər avtomobildə yüksək səslə işləyən sistemlər quraşdırılırsa, bu yol hərəkəti qaydalarının pozulması kimi də qeyd oluna bilər. Çünki müəyyən desibeldən yuxarı olduqda bu məsuliyyət yaradır və ətrafdakı insanlara narahatlıq törədir”.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 30 May 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri