Maşını düzgün park etməyən sürcü zəncirvari şəkildə digər sürücülərə çətinlik yaratdı VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda parklanma qaydasını pozan sürücü digər sürücülərə çətin vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə parklanma yerlərinin birində baş verib. Belə ki, 10-GA-212 qeydiyyat nişanlı "Jeep" markalı avtomobilin sürücüsü parklanma yerinin sərhədini bildirən nişanlanma xəttinin tələbini pozub. Bu səbəbdən digər sürücülərə də zəncirvari şəkildə çətinlik yaranıb. Videodan da aydın şəkildə görünür ki, "Jeep" markalı avtomobilin xəttin üzərinə çıxmadan parklanma etməsi üçün kifayət qədər boş yer var. Lakin sürücü öz rahatlığını üstün tutaraq avtomobildən asan enmək üçün əlavə yer saxlayıb.
Hadisəni lentə alan sürücü bu davranışı tənqid edərək, belə halların doğru olmadığını bildirib.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 07 Oktyabr 2025 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















