Icma.az
close
up
RU
Maşınınız hər an alışa bilər: Sürücülərin etdiyi üç böyük səhv VİDEO

Maşınınız hər an alışa bilər: Sürücülərin etdiyi üç böyük səhv VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son zamanlar sosial şəbəkələrdə və xəbər platformalarında nəqliyyat vasitələrinin yanması ilə bağlı məlumatlara tez-tez rast gəlinir. Bəzən maşınlar hərəkətdə olarkən, bəzən isə dayanmış vəziyyətdə qəfil alışır. Bu hallar həm yeni, həm də köhnə avtomobillərdə baş verir.
İstər hərəkətdə, istərsə də dayanmış vəziyyətdə olan maşınların alışması ictimai təhlükəsizlik baxımından ciddi problemdir.
Mütəxəssislərin sözlərinə görə, son dövrlərdə nəqliyyat vasitələrinin tez-tez yanmasının əsas səbəblərindən biri peşəkar ustaların azlığı, eləcə də sürücülərin texnikaya özbaşına müdaxilələr etməsidir.
Avtomobil ustası Sahil Ağabəyli Baku TV-yə bildirib ki, sürücülər yeni maşın aldıqları andan etibarən onu müxtəlif üsullarla "bəzəməyə" başlayırlar, əlavə işıqlandırma sistemləri quraşdırılır, maqnitofonlar və müxtəlif elektron cihazlar əlavə olunur.
"Naqillər bəzən qoruyucular olmadan, necə gəldi çəkilir. Zaman keçdikcə naqillərin üzlüyü zədələnir. Uyğunsuz və səhv birləşmələr nəticəsində isə yanğın riski artır. Belə hallarda yanğının əsas səbəbkarı çox vaxt sürücülərin özləri olur. Çünki yanacaq sisteminə və ya elektrik naqillərinə edilən qeyri-peşəkar müdaxilələr sonda avtomobillərin yanmasına gətirib çıxarır", - deyə o qeyd edib.
Avtobloqer Araz Mübarizoğlu isə bildirib ki, texnikanın elektron sisteminə edilən lazımsız müdaxilələr də yanğın riskini artırır.
"Çin istehsalı olan bəzi modellərdə isə məsələ bir qədər fərqlidir. Xüsusilə "plug-in" hibrid nəqliyyat vasitələrində litium-ion batareyalarının yanma riski yüksək olur. Batareyanın alt hissədən zədə alması və sürücünün bunu hiss etməməsi və ya buna əhəmiyyət verməməsi yanğına səbəb ola bilər.
Ən azından sürücülər peşəkar ustaları araşdırmalı və texnikaya müdaxiləni yalnız mütəxəssislərə etibar etməlidirlər. Ən əsası isə istehsalçının tövsiyələrindən kənara çıxmamaqdır", - deyə o vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 Fevral 2026 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri