Icma.az
close
up
RU
Vəfat edən oğula, həyat yoldaşına və nadir toy hədiyyəsi... Fotolar

Vəfat edən oğula, həyat yoldaşına və nadir toy hədiyyəsi... Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bakı yalnız müasir göydələnləri və inkişaf etmiş şəhər infrastrukturu ilə deyil, həm də zəngin tarixi və memarlıq irsi ilə diqqət çəkir.

“Qafqazinfo” xəbər verir ki, şəhərin mərkəzində yerləşən tarixi binalar, hər biri öz hekayəsini danışan daş fasadlar, ornamentli balkonlar və klassik üslub elementləri ilə əks etdirir.

Belə abidələr həm də paytaxtın sosial, mədəni və tarixi həyatını özündə cəmləşdirir.

Onların hər biri şəhərin müxtəlif dövrlərini, memarlıq üslublarını və həyat tərzini vizual olaraq göstərir.

Aşşurbəyovların Evi

1904-cü ildə Teymur bəy Aşşurbəyovun sifarişi ilə oğlu Bala bəyə toy hədiyyəsi kimi inşa edilən bu üçmərtəbəli bina barokko və klassik üslubların harmoniyasını özündə ehtiva edir.

Memar İosif Qoslavskinin layihəsi əsasında tikilən bina üç müxtəlif küçəyə baxır və həm yaşayış, həm də ofis sahələrini birləşdirir.

Hökumət Evi

Bakının mərkəzində yerləşən Hökumət Evi, sovet memarlığının monumental nümunələrindən biridir. 1930-cu illərdə tikilmiş bina iri sütunları və simmetrik planı ilə diqqət çəkir. Dövlət strukturlarına uyğun dizayn edilmiş bu memarlıq əsəri həm güc, həm də rəsmi sərtlik hissi verir.

Hacı Zeynalabdin Tağıyevin Evi

XIX əsrin sonlarında inşa edilmiş bu bina, Bakının ilk neft xadimi və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev tərəfindən tikilib. Bina neoklassik üslubu və incə dekorativ elementləri ilə seçilir. Tağıyevin evi həm də sosial həyatın mərkəzi olmuş, ziyafətlər və xeyriyyə tədbirləri üçün istifadə edilib.

İsmayiliyyə Sarayı

Bina, XIX–XX əsr memarlıq üslubunun nadir nümunələrindəndir. Fasadında neoklassik və eklektik elementlərin qarışığı müşahidə olunur. 

Saray, Bakı memarlığında Avropa qotik və neoklassik üslubların nadir qarışığını göstərir.

Milyonçu Ağamusa Nağıyevin vərəm xəstəliyindən dünyasını dəyişən oğlu İsmayılın xatirəsinə tikilib. Bakı milyonçuları Novruz bayramı münasibətilə təşkil olunan ziyafət məclislərinin birində Ağamusa Nağıyevə təklif edirlər ki, oğlunun xatirəsini əbədiləşdirmək üçün Müsəlman Xeyriyyə Cəmiyyətinə bina tikdirsin.

Sarayın tikilişində əsas məqsəd həm xeyriyyəçilik, həm də şəhərin memarlıq simvolunu yaratmaq idi.

Binanın tikintisində istifadə olunan italyan və fransız mərmərləri ona xüsusi estetika qatır.

Səadət Sarayı

Saray XIX əsrin sonları–XX əsrin əvvəllərində inşa edilib. Saray klassik və barokko elementlərini birləşdirir, həmçinin zəngin dekorativ detalları ilə seçilir. Bina mədəni həyat üçün əhəmiyyətli məkandır — qonaqlıq və tədbirlər üçün nəzərdə tutulub.

Bakının romantik simvoluna çevrilmiş gözəllər gözəli “Səadət” Sarayı tanınmış xeyriyyəçi, mesenat Murtuza Muxtarovun inşa etdirdiyi memarlıq əsəridir. 

Bu nadir memarlıq incisinin özülü əzəldən sevgi üzərində qurulub.

Murtuza Muxtarov Vladiqafqazda iş səfəri zamanı məşhur general Həmbi Tuqanovla tanış olur. General Muxtarovu öz evinə dəvət edir. Bu qonaqlıqda Murtuza bəy generalın qızı Liza xanımla tanış olur və ilk görüşdən ona aşiq olur. Onların toyu 7 gün 7 gecə davam edir.

Cütlük Avropaya toy səyahətinə yola düşür. Venesiyada olarkən hər ikisi şəhərin arxitekturasına valeh olurlar.

Bakıya qayıtdıqdan sonra milyonçu Venesiyaya adam göndərib həmin binanın eskizlərini əldə edir, sonra isə ən bəyəndiyi memara, polşalı İosif Ploşkoya tikilməsi üçün tapşırıq verir.

Bakı milyonçusu xanımı ilə bu sarayda 1920-ci ilə qədər yaşayır.

Müsair dövrdə gənclərin rəsmi nikah mərasimlərinə ev sahibliyi etməkdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Oktyabr 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri