Maşınların arasından yolu keçən qadın sürücünü çətin vəziyyətdə qoydu VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Paytaxtın Xətai rayonu “8 Noyabr” prospektində qayda pozan piyada təhülkə yaradıb.
Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Belə ki, yolu təyin olunmamış yerdən keçən qadın hərəkətdə olan motosiklet sürücüsünə çətin anlar yaşadıb. Görüntüdən də aydın olur ki, qadın ətrafa baxmadan maşınların arası ilə yola qaçır. Xoşbəxtlikdən sürücü onu vaxtında görərək baş verəcək qəzanın qarşısını alır.
Təəssüflə qeyd edək ki, bəzi piyadalar yolda yaranmış sıxlıqdan da sui-istifadə edərək qayda pozurlar. Hətta onların bir qismi avtobus zolağının çox vaxt boş olduğunu düşünərək oranı səki və dayanacaq kimi də istifadə edir.
Nərmin

Maşınların arasından yolu qaçaraq keçən qadın qəzanın bir addımlığından döndü VİDEO
16 Dekabr 2024 15:39
Park edilmiş maşınların arasından yola qaçan piyada sürücünü qorxuya saldı VİDEO
04 Noyabr 2024 19:10
Maşınların arasından yola qaçan məktəbli təhlükə saçdı VİDEO
26 Noyabr 2024 11:02
Bakıda küçəni SU BASDI: Sakinlər çətin vəziyyətdə VİDEO
09 Fevral 2025 00:04
Qaranlıqda yolu qaçaraq keçən təmizlik işçisi sürücüyə çətin anlar yaşatdı VİDEO
19 Dekabr 2024 18:19

