“Mask ağlını itirir” “Bu, ABŞ üçün təhlükəlidir” AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Amerikalı milyarder İlon Maskın bioqrafı Set Abramson onun psixi vəziyyətilə bağlı “həyəcan təbili çalıb”.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Abramsonun dediyinə görə, milyarder getdikcə çılğınlaşır və ağlını itirir. Bu isə ABŞ üçün təhlükəlidir: “Mən son iki il ərzində onun davranışını izləyən bioqrafıyam. Onun hər cür psixi xəstəliklərdən əziyyət çəkdiyini, ağır narkotik istifadəçisi olduğunu və ağır stressə məruz qaldığını etiraf etməsini nəzərə alsaq, indi onun ciddi şəkildə xəstə olmasından qorxmaq məntiqlidir”.
Ekspertin fikrincə, Maskın psixi vəziyyəti bütün dünyada fəsadlar törədə bilər. O, əlavə edib ki, sahibkarın şəxsi problemləri ümumi müzakirəyə və ictimai gündəmə gətirilməsəydi, bu qədər narahatlıq yaratmazdı.
Bundan öncə Norveçin Baş naziri Jonas Gahr Stor İlon Maskın üçüncü ölkələrin daxili siyasi məsələlərinə qarışmasından narahatlığını ifadə edib.
Onu da xatırladaq ki, ABŞ-nin yeni prezidenti Donald Tramp Maska yeni hakimiyyətində vəzifə verib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 08 Yanvar 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















