Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İlon Mask və Sem Altmanın süni intellektin inkişafının ləngidilməsi və ya moratorium qoyulması çağırışlarına müsbət reaksiya vermələrinə iki fərqli prizmadan, yəni rəqəmsal təhlükəsizlik və qlobal rəqabət dinamikası baxımından yanaşmaq lazımdır. Bu çağırışlar bir tərəfdən cəmiyyətdə real xəbərdarlıq siqnalı yaratsa da, digər tərəfdən sahənin əsas oyunçularının strateji gedişləri ilə sıx bağlıdır.
Bu sözləri Axar.az-a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov deyib.
Onun sözlərinə görə, süni intellektin inkişaf tempinin süni şəkildə azaldılmasını mütləq mənada real təhlükəsizlik tədbiri hesab etmək çətindir:
“Rəqəmsal dünyada hər hansı texnologiyanın inkişafına fasilə vermək praktiki olaraq mümkünsüzdür. Bir neçə böyük şirkət və ya ölkə tədqiqatları dayandırsa belə, digər qlobal güclər və ya gizli laboratoriyalar bu boşluqdan istifadə edərək öndə olmağa çalışacaqlar. Tam qadağalar və ya ləngitmələr innovasiya prosesini şəffaf nəzarət zonasından çıxarıb nəzarətsiz sahəyə itələyə bilər ki, bu da texnoloji tərəqqiyə mane olmaqla yanaşı, riskləri daha da artırar”.
Ekspert bildirib ki, bu cür çağırışlar diqqəti ən vacib məsələyə, yəni təhlükəsizlik alətlərinin texnologiyanın özündən geri qalması problemlərinə yönəltmək baxımından əhəmiyyətlidir:
“Süni intellekt modelləri sürətlə böyüdüyü halda, onların insan dəyərlərinə uyğunlaşdırılması, kiber-təhlükəsizlik sınaqları və tənzimləmə çərçivələri daha ləng inkişaf edir. Çağırışların əsas faydalı tərəfi inkişafı tamamilə dayandırmaq deyil, hesablama gücünə və modellərin buraxılışına məcburi təhlükəsizlik auditləri və standartlar gətirməkdir.
Nəticə etibarilə, inkişaf sürətini dondurmaq çıxış yolu deyil. Əsas hədəf tərəqqini ləngitmək əvəzinə, təhlükəsizlik və tənzimləmə mexanizmlərinin sürətini süni intellektin inkişaf tempinə çatdırmaq, elmi əsaslara söykənən qlobal standartlar formalaşdırmaq olmalıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 15 Sentyabr 2026 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















