Maskdan “OpenAI” rəhbərliyinə ağır ittiham “Oğurluq etdilər”
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“SpaceX” şirkətinin qurucusu İlon Mask “OpenAI” rəhbəri Sem Altman və şirkətin prezidenti Qreq Brokmanı sərt şəkildə tənqid edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Mask bu açıqlamanı “OpenAI”nin “SpaceX” tərəfindən 60 milyard dollara satın alınan “Cursor” şirkəti ilə əməkdaşlığı dayandırmaq qərarından sonra verib.
“OpenAI” “Cursor”a süni intellekt modellərinin təqdim edilməsini noyabrın 12-dən dayandıracağını açıqlayıb. Şirkət qərarını “SpaceX” və Maskın digər şirkətlərinin müqavilə öhdəliklərinin pozulması ilə bağlı narahatlıqları ilə əsaslandırıb.
Bundan sonra İlon Mask “X” platformasında “OpenAI” rəhbərliyinə qarşı sərt ifadələr işlədib. O, Sem Altman və Qreq Brokmanı “tamamilə etibarsız” olmaqda ittiham edib və “OpenAI”nin ilkin qeyri-kommersiya missiyasından uzaqlaşdığını bildirib.
Bu, Maskla “OpenAI” arasında uzun müddətdir davam edən qarşıdurmanı daha da kəskinləşdirib. Mask daha əvvəl Altman və Brokmanı “xeyriyyə təşkilatını oğurlamaqda” ittiham etmişdi. Onun “OpenAI”yə qarşı 150 milyard dollara qədər təzminat tələb etdiyi məhkəmə iddiası isə bu ilin mayında münsiflər heyəti tərəfindən rədd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 29 Avqust 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















