Massimiliano Alleqri 2026 cı il Olimpiya məşəlinin estafetində iştirak edəcək
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Milan”ın baş məşqçisi Massimiliano Alleqri 2026-cı il Olimpiya məşəli estafetinin iştirakçıları siyahısına daxil edilib.
İdman.Biz bildirir ki, İtaliya klubu bu barədə sosial mediada məlumat verib.
“Massimiliano Alleqriyə 2026-cı il Milan və Kortina d'Ampezzo Oyunlarından əvvəl Olimpiya məşəlini daşımaq şərəfi veriləcək. Təbrik edirik!”, - deyə “rossoneri”nin açıqlamasında bildirilir.
Alleqri 2010-cu ildən 2014-cü ilə qədər də “Milan”ı çalışdırıb. Onun karyerasına “Yuventus”, “Kalyari”, “Sassuolo” və bir neçə başqa klub da daxildir. O, altı Seriya A titulunu, üç İtaliya Superkubokunu və beş İtaliya Kubokunu qazanıb.
2026-cı il Qış Olimpiya Oyunları 6-22 fevral tarixlərində keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 07 Yanvar 2026 20:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















