Icma.az
close
up
RU
Maştağa sakinlərindən ŞİKAYƏT “1991 ci ildən xətt çəkilib, amma su yoxdur...”

Maştağa sakinlərindən ŞİKAYƏT “1991 ci ildən xətt çəkilib, amma su yoxdur...”

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Daha əvvəl Maştağa sakinlərinin saytımıza müraciəti əsasında içməli su problemini işıqlandırmışdıq. Belə ki, Məmməd Əbdülhəsənov küçəsinə illər əvvəl içməli su çəkilib, hətta evlərə də verilmişdi. Ancaq sonra su təminatı dayanmışdı.
Bizim.Media məsələni ictimailəşdirəndən sonra isə problem həllini tapdı.
Yenidən Maştağa qəsəbə sakinləri tərəfindən Bizim.Media-ya içməli su problemiylə bağlı müraciət daxil olub. Ancaq bu dəfə vəziyyət bir az fərqlidir.
Belə ki, qəsəbənin Hacı Vasidbəy Xanlarov küçəsinin sakinlərinin sözlərinə görə, 1991-ci ildə qeyd olunan əraziyə sakinlər tərəfindən şirin su xətti çəkilib. Ancaq həmin sudan istifadə etmək olmur.
Onlara maraqlıdır ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən sayğaclar qoyula və xəttin fəaliyyətə başlamasına şərait yaradıla bilər? Ümumiyyətlə, belə hallarda həll yolu nədir?
Bizim.Media mövzunu araşdırmaq üçün ADSEA-ya sorğu ünvanlayıb.
Agentlikdən bildirilib ki, qeyd olunan ərazidə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşmiş içməli su şəbəkəsi mövcud deyil, abonentlər tərəfindən primitiv üsulla çəkilən xətlərdir:
“Təchizat sistemi olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizatın qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”.
Bəs sakinlərin təklifi rellaşdırıla bilər? Mövcud xətdən istifadəyə şərait yaradılması mümkündür?
“Həmin xətlərin gücü o vətəndaşların su təchizatını qarşılayacaq həcmdədir. Ancaq o həcm 3-5 evin təchizatını qarşılayır. Qaydaya görə 15 nəfər qoşula bilməz, ancaq qoşulsa belə, onlara su getməyəcək. Çünki xəttin gücü 3-5 su təchizatını qarşılaya bilər.
 

Həmçinin, orada su xətti olmadığı üçün sakinlər texniki şərt alaraq da qoşula bilmirlər. Yəni həyət evlərində su təchizatına qoşulmaq üçün mərkəzləşdirilmiş su şəbəkəsi varsa, vətəndaş sənədləriylə birgə ASAN kommunala yaxınlaşaraq texniki şərt alır.


Bunun üçün evin çıxarışı və sənədləri olmalıdır. Əgər mərkəzləşdirilmiş su şəbəkəsi yoxdursa, vətəndaş gözləməlidir ki, həmin əraziyə şəbəkə qurulsun, daha sonra o texniki şərtin alınması üçün müraciət edə bilər”, - deyə Agentlikdən bildirilib.
Nəzrin Mirzəyeva, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Sentyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri