Matəmə görə bu yarışlar da təxirə salındı
Icma.az bildirir, Milli.az portalına istinadən.
Güləş üzrə Azərbaycan çempionatının dekabrın 26-na təsadüf edən görüşləri matəm günü ilə bağlı təxirə salınıb.
Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bu gün Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar sabahkı görüşlər növbəti günə təyin olunub.
Beləliklə, sərbəst güləş üzrə 57, 65, 74, 86 və 97 kq-da mübarizə dekabrın 27-də baş tutacaq. 61, 70, 79, 92 və 125 kq-da qaliblər isə dekabrın 28-də müəyyənləşəcək. Yarışın son iki gününün görüşləri də Bakı İdman Sarayında keçiriləcək.
Qeyd edək ki, yarışa dekabrın 30-da yekun vurulacaq.
Milli.Az
Bu mövzuda digər xəbərlər:İki oyun matəmə görə təxirə düşdü
25 Dekabr 2024 20:46
Matəmə görə paytaxtda bayraqlar endirildi
26 Dekabr 2024 09:58
Matəmə görə bayraqlar yarıya qədər endirilib Fotolar
26 Dekabr 2024 11:46
Matəmə görə paytaxtda yarıya endirilən bayraqlar FOTOREPORTAJ
26 Dekabr 2024 09:55
Matəmə səbəb olan ölüm Fotolar
08 Yanvar 2025 22:22
Baxış sayı:146
Bu xəbər 25 Dekabr 2024 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















