Matrix filmlərindəki yaşıl kod ifşa olundu, əslində... FOTO
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yəqin ki, “Matrix” filmlərinə baxan hər kəs arxa fonda yağış kimi axan yaşıl kodların olduğu effekti görüb.
Ölkə.Az xəbər verir ki, həmin şifrələr hər kəsə sirli görünsə də, həqiqət başqa imiş.
Məşhur prodüser Saymon Uaytli ekranda gördüyümüz kodların əslində suşi resepti olduğunu açıqlayıb. O, “CNet”ə verdiyi müsahibədə bildirib ki, sözügedən heroqlifləri həyat yoldaşının yapon yemək kitabından, xüsusən də suşi reseptlərindən götürüb.
Beləliklə, filmdə gördüyümüz yaşıl axıcı kodlar əslində yapon dilində yazılmış suşi reseptləridir.
Əlbəttə ki, bəzi hərflər üst-üstə qoyulub, bəziləri tərsinə çevrilib və bu sirli görünüşə nail olmaq üçün rəqəmsallaşdırılıb.
Qeyd ed'k ki, “Matrix” elmi-fantastik film seriyasıdır. Filmlərin əsas mövzusu insanların real hesab etdikləri dünyanın əslində süni şəkildə yaradılmış kompüter simulyasiyası olmasıdır. Baş qəhrəman Neo (aktyor Kianu Rivz) bu həqiqəti öyrəndikdən sonra süni intellektə qarşı mübarizəyə qoşulur. Seriyada azadlıq, reallıq və seçim kimi fəlsəfi mövzular xüsusi yer tutur. Film innovativ vizual effektləri və “bullet time” texnikası ilə kino tarixində mühüm iz qoyub.
Billurə

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 10 Noyabr 2025 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















