Icma.az
close
up
RU
Mavi sərvətin taleyi

Mavi sərvətin taleyi

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Xəzərin dalğaları tariximiz, sahilləri isə gələcəyimizdir...

Bu gün dünyanın ən böyük qapalı su hövzələrindən biri olan Xəzərin əhəmiyyətini xatırladan xüsusi gündür. Belə ki, 2006-cı ilin bu günündə “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın qüvvəyə minməsindən sonra hər il avqustun 12-si Xəzər Günü kimi qeyd olunur. Xəzər yalnız xəritədə olan böyük mavi sahə deyil. O, tarixdir, təbiətdir, iqtisadiyyatdır.

Xəzər həm də yaddaşdır. Onun dalğaları neçə-neçə nəslin hekayəsini daşıyır. Sahillərində qurulan qədim yaşayış məskənlərindən müasir Bakı limanına qədər böyük bir tarix bu dənizin ətrafında formalaşıb. Bu gün Xəzərə baxanda yalnız sonsuz su səthini görmək kifayət deyil. Orada Azərbaycanın iqtisadi keçmişini, təbiətinin zənginliyini və gələcəyə dair imkanlarını da görmək mümkündür.

Ekoloji tarazlıq təhlükədə...

Son 30 il ərzində iqlim dəyişmələri Xəzər dənizinin hövzəsində özünü daha həssas göstərib. Bunun nəticəsində Xəzər dənizinin sahil boyunda yaşayan əhali ciddi iqlim dəyişmələrinin, dənizin su səviyyəsinin tərəddüdünün, sel və quraqlıqların mənfi təsirlərinə daha çox məruz qalıb. İqlim dəyişmələri səbəbindən Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi region üçün potensial təhlükəyə çevrilib. Dənizə tökülən çayların suyunun azalması yağıntıların miqdarının azalması ilə bərabər, həm də çay sularından kənd təsərrüfatının artan tələbatının ödənilməsinə yönəldilməsi ilə də izah edilir.

Xəzər dənizinin ətraf mühitinin bugünkü vəziyyəti ilə əlaqədar bütün sahilyanı dövlətlər narahatlıq keçirir. Dənizin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycanda da Xəzər dənizinin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün tədbirlər görülür.

Xəzərin suyu azalır: Səbəb yalnız iqlim deyil

Bütövlükdə, regionumuzda Xəzər böyük iqlim əmələgətirən təsirə malikdir. Eyni zamanda, Xəzər və dəniz ekosistemi iqlimin istiləşməsinə həssasdır. Qlobal temperaturun sürətlə artması son onilliklərdə özünü daha güclü göstərməkdədir. Bu, ümumilikdə azalan su ehtiyatlarından istifadənin artması fonunda dənizə tökülən çayların axınının azalmasına gətirib çıxarır. Digər tərəfdən, temperaturun artması dəniz səthindən buxarlanmanın çoxalmasına səbəb olur. XX əsrdə səviyyənin ən aşağı göstəricisi 1977-ci ildə, yəni dəniz səviyyəsindən 29 metr aşağı qeydə alınıb. Lakin 1995-ci ilə qədər sonrakı onilliklərdə, nisbətən qısa müddətdə səviyyə - 26,5 metr həddinə çatıb. Bu da illər ərzində səviyyənin 2,5 metr yüksəlməsini göstərirdi. 1995-ci ildən bugünədək 31 ildir ki, Xəzər yenidən səviyyəsinin aşağı düşməsi mərhələsindədir. Hazırda Xəzərin səviyyəsi dünya okean səviyyəsindən 28,6 metr aşağıdır. Keçən əsrin minimumundan isə bizi 40 santimetr fərq ayırır.

500-dən çox bitki, 850 növ heyvan...

Okean mənşəli dünyanın ən böyük daxili su hövzəsi olan Xəzəri haqlı olaraq əsl relikt və heyrətamiz təbiət abidəsi adlandırmaq olar. Bugünədək qorunub saxlanılan ən zəngin flora və fauna aləmi bütün bəşəriyyətin mülkiyyətidir. Dənizin dərinliklərində və sahilyanı ərazilərdə Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Kitabına daxil edilmiş 500-dən çox bitki və 850 növ heyvan, o cümlədən nadir və endemik növlər yaşayır.

Sahil küləyi, mavi üfüq və böyük imkanlar

Xəzər həm də mühüm nəqliyyat və logistika məkanıdır. Dəniz üzərindən həyata keçirilən daşımalar Azərbaycanı region ölkələri ilə əlaqələndirir. Bakı limanı və Ələt ərazisində formalaşan nəqliyyat imkanları Xəzərin strateji əhəmiyyətini daha da artırır. Bu dənizin sahilləri həm də istirahət və turizm üçün cəlbedici məkanlardır. Yay aylarında minlərlə insan Xəzərin sahillərinə üz tutur. Dənizin mavi görüntüsü, sahil küləyi və gün batımı Bakı mənzərəsinin ayrılmaz hissəsinə çevrilib.

Göründüyü kimi, Xəzərin qorunması yalnız bir ölkənin deyil, onun sahilində yerləşən bütün dövlətlərin ortaq məsuliyyətidir. Xəzər Günü də məhz bu baxımdan mühüm mesaj verir. Biz Xəzərdən yalnız istifadə etməməliyik, onu qorumalıyıq. Çünki Xəzər təbiətin bizə bəxş etdiyi sərvət olmaqla yanaşı, gələcək nəsillərə ötürməli olduğumuz böyük bir mirasdır. Xəzər əsrlərdir sahillərimizə toxunan dalğaları ilə tariximizi müşayiət edir. Onun qorunması isə bu tarixin gələcəkdə də davam etməsi deməkdir.

Yeganə BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Avqust 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri