Mavritaniya İslam Respublikasının Prezidenti Azərbaycanda səfərdədir Doğru Xəbərlər
Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.
Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və digər rəsmi şəxslər qarşılayıblar.
DOĞRU.AZ

Mavritaniya İslam Respublikasının Prezidenti Azərbaycanda səfərdədir
12 Noyabr 2024 02:25

