Icma.az
close
up
RU
Mavritaniya Minifutbol Federasiyasının prezidenti: Bakıdakı mundial mənə Qətərdə keçirilən dünya çempionatını xatırlatdı MÜSAHİBƏ

Mavritaniya Minifutbol Federasiyasının prezidenti: Bakıdakı mundial mənə Qətərdə keçirilən dünya çempionatını xatırlatdı MÜSAHİBƏ

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 27 may, AZƏRTAC

Mavritaniya Minifutbol Federasiyasının prezidenti Yakub Doua AZƏRTAC-ın suallarını cavablandırıb.

- Bakının ilk dəfə ev sahibliyi etdiyi mundialın təşkilatçılığı barədə nə deyə bilərsiniz?

- Bilirdim ki, Azərbaycan bu yarışa ciddi hazırlaşacaq. Çünki ölkənizin yığması da turnirin qalibi olmağa iddialı komandalardan biridir. Mən Qətərdə keçirilən futbol üzrə dünya çempionatını canlı izləmişdim. Bakıya gəldikdən sonra gördüm ki, həmin mundialın mini versiyası Azərbaycanda təşkil edilib. Oxşarlıq hiss etdim. Gözləntilərimdən də yaxşı səviyyədə təşkilatçılıq var. Hər şey idealdır.

- Turnirin keçirildiyi Milli Gimnastika Arenası haqqıda fikirləniz maraqlıdır...

- Burada idmançılar üçün gözəl şərait yaradılıb. Mən heyran qaldım.

- Mavritaniya millisi qrupun sonuncu oyununda Azərbaycana 0:2 hesabı ilə məğlub oldu. Həmin matçı necə şərh edərdiniz?

- Biz qrupun digər komandaları olan Bəhreyn və Sloveniya yığmaları arasında oyunun nəticəsinə əsasən Azərbaycanla matça rahat çıxa bilərdik. Lakin Bəhreynin qalib gəlməsi bizim də işimizi çətinləşdirdi. Buna görə də meydana qələbə üçün çıxmışdıq. Müdafiəyə daha çox diqqət yetirdik. Biz isə topu daha çox özümüzdə saxlamağı sevən komandayıq. Təəssüf ki, rəqibə çox top verdik və onlar bizə iki qol vurdular.

- Azərbaycan millisinin dünya çempionatındakı şanslarını necə qiymətləndirirsiniz?

- Turnirdə yaxşı komandalar çoxdur. Lakin Azərbaycan millisi ən güclü yığmalar arasındadır. Düzdür, kollektiv Bəhreynlə keçirilən ilk oyunda yaxşı mübarizə aparmadı, bu da üzərlərində olan təzyiqlə bağlı ola bilər. Ancaq bizə qarşı matçda çox şeyə qadir olduqlarını göstərdilər.

- Azərbaycan yığmasının heyətində bəyəndiyiniz futbolçular varmı?

- Elvin Əlizədə və Ramiz Çovdarovu fərqləndirə bilərəm. Elvin çox təcrübəli oyunçudur. Yəqin ki, yaşına görə bu, onun sonuncu turniri olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri