Dünya Minifutbol Federasiyasının vitse prezidenti: Bakının ev sahibliyi etdiyi mundial uğurla keçirilir
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 25 may, AZƏRTAC
Azərbaycanın ev sahibliyi etdiyi minifutbol üzrə dünya çempionatı çox fərqlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dünya Minifutbol Federasiyasının vitse-prezidenti Peter Kralik Bakıda keçirilən dünya çempionatı barədə jurnalistlərə açıqlamasında deyib.
O, Bakının ev sahibliyi ilə uğurla keçirilən mundial izlədiklərini bildirib: “Sonuncu dünya çempionatı Birləşmiş Ərəb Əmirliklərində təşkil edilmişdi. Arena da sahildə yerləşirdi. Ən böyük fərq budur ki, mundialı təşkil edən Azərbaycan yarışı qazanmağa iddialı olan ən güclü üç ölkədən biridir. Əlbəttə ki, yığma dövlət dəstəyi alacaq və turniri yüksək səviyyədə keçirəcək”.
Qurum nümayəndəsi Azərbaycan millisinin turnirdəki şansları barədə də danışıb: “Çox çətin olacaq. Çünki komanda çox təzyiq altındadır. Hər kəs onlardan uğurlu nəticə gözləyir. Ev sahibi komanda hər zaman böyük nəticə qazanmaq istəyir”.
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 25 May 2025 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















